Tramp istəyir, bəs Rusiya? - Rüstəm Hacıyev yazır

RÜSTƏM HACIYEV
787 | 2024-12-16 14:30

Xəbər verildiyi kimi, ABŞ-ın yeni seçilmiş prezidenti Donald Tramp, dekabrın 7-də Parisdə Fransa prezidenti Emanuel Makronun iştirakı ilə  Ukrayna prezidenti Volodimir Zelenskiylə görüşüb. Görüşün yekunları barədə geniş məlumat verilməsə də, The Wall Street Journal bəzi təfərrüatlar  əldə edə bilib. 

 Tramp görüşdə Ukraynanın NATO-ya üzvlüyünü dəstəkləmədiyini bildirib. Bununla yanaşl o, güclü və yaxşı sulahlanmış Ukrayna görmək istədiyini dilə gətirib. Atəşkəş rejiminin qəbul edilməsindən sonra Tramp, atəşkəs rejiminə nəzarət edilməsi üçün, Avropa ölkələrinin silahlı qüvvələrindən ibarət ordu biləşmələrini Ukrayna ərazilərunə göndərilməsuni təklif edib.

  Tramp bildirib ki, Avropa Ukraynanın müdafiəsində əsas rol oynamalıdlr. ABŞ prezidenti Avropadan eyni zamanda Rusiyaya təsir etmək üçün Cinlə danışıqları intensivləşdirməyi məsləhət görüb. Cinin  bundan imtuna edəcəyi təqdirdə, o, Pekini tariflərə yeidən bsxılacağı ilə təhdid etməyi məsləhət görüb.

  Görünən odur ki, Tramp özü də başa düşür ki, indiki çətin durumda,  seçki marafonu zamanı "Ukrayna müharibəsini 24 saata bitirəcəyi" ilə  bağlı verdiyi sözün yerinə yetirilməsi mümkün deyil. Buna görə də, Ağ Evə gəldukdın sonra ilk növbədə tərəfdaşları və münaquşə tərəflri  ilə məsləhətləşmələr aparmağı planlaşdırlr. Trampın Rusiya prezidenti Vladimir Putinlə birbaşa danlşlqlar aparacağı  da istisna olunmur.

  ABŞ-ln yeni prezidenti, Ukrayna münaqişəsinin  müharibə  vəziyyətinə gətirilməsində hazırki Bayden administrasiyasını günahlandlrlb. "Əgər mən 2020-ci ildə prezident seçilsəydim bu müharibə olmayacaqdı"-deyə Tramp Time jurnalına verdiyi müsahibəsində bildirib.

 Yeni prezident müsahibə zamanı Ukraynanın amerikanın  yzaq mənzilli raketləri ilə  Rusiya  ərazilərinə zərbələr endirməsini ağıısızlıq kimi qiymətləndirib. Bu hərəklərin atəşkəsə nail olmaqda çətinliklər yaradacağını bildirib. 

 "Yaxın Şərq problemlərinin həli daha asandır. Ukrayna-Rusiya müharibəsundə hər iki tətəfdən gənc əsgərlər həyatlarını itirib, bu dəhşətdir"...- deyə Tramp müsahibəsində bildirib.

  ABŞ-ın yeni prezidentinin müharibəni tezliklə bitirməklə bağlı istəkləri məlumdur. Bəs Rusiya  tərəfi bu planlarla bağlı nə düşünür?

  Rusiya prezidentunin mətbuat katibi Dmitri Peskov hesab edir ki, danışlqlar məsələsi müzakirə oluna bilər:  "İrəli gedərək buna qəti fikir bildirnək düz olmaz. Biz sülh istəyirik, lakin bu sülh yalnız bizim şərtlərimiz yerinə yetirildikdən sonra əldə oluna bilər". 

 Rusiyanın şərtləri isə artıq çoxdan elan edilib və bu şərtlərin qarşılığında, Trampın  təklif ediyi , Avropa ölkələrinin siahlı qüvvələrinin Ukrayna ərazisində atəşkəsə   nəzarət edə biləcəyi məsələsi yoxdur. Ən azından ona görə ki, bu qüvvələr istənilən halda NATO qüvvələrindən ibarət olacaqdır. Bu isə Rusiya tərəfindən NATO-nun Ukrayna ərazilərində yerləşdirilməsi kimi qiymətləndiriləcəkdi.

  İki qardaş xalqı arasında müharibə elə NATO-ya görə başlamışdı...

 

TƏQVİM / ARXİV