Özünə omac ova bilmir, Gürcüstana əriştə kəsmək istəyir - Rüstəm Hacıyev yazır

RÜSTƏM HACIYEV
673 | 2024-12-11 15:44

 Aylardı başı ölkə daxildəki problrmlərun həllinə  qarışan Fransanın mənasız prezidenti Emanuel Makron yenidən səhnəyə çıxmaq istəyir. 

Əvvəlcə bir neçə il bundan əvvəl Parisdə yanan məhşur kilsənin yenidən bərpa olunmasından sonra,  açılışına dəvət etdiyi, hələ vəzifəsinin icrasına başlamayan ABŞ -ın yeni prezidenti Donald Trampla,  Ukrayna prezidenti Volodimir Zelenskinin  və Erməniatanın baş naziti Nikol Paşinyannın görüşünə yengəlik edən Makrin,  hələ də Avropanın "lideri" olduğunu gözə soxmaq istədi. İndi də, Makron Çənubi Qafqaz problemlərinin həllinə burnunu soxmağa çalışır.

 "Rublika" mətbu orqanının məlumatına görə, Fransa prezidenti Gürcüstanın hakim "Gercü Arzusu" partiyasının yaradıcısı Bidzina İvanişviliyə zəng edərək "ağıllı" məskəhətləruni verməyə cəhd edib.

"Gürcü arzusu" partiyasının mətbuat xidmətindən bildirilir ki, bir saata yaxın davam edən telefon danışıqları zamanı, Enanuel "müəllum" Gürcüstanda baş verən hadisələrlə bağlı narahat olduğunu, gecələr rahat yata bilmədiyini  dilə gətirib.

Mətbuat xidməti bilditir ki, Fransa liderinin təşəbüsü ilə baş tutan telefon danışıqları zananı, Makron təklif edib ki, məsələdə proqress əldə olunanadək, Gürsüstanın lideri ilə əlaqələri davam etdirəcək.

Xatırladlrıq ki, parlament seçkilərinin nəticələriylə razılaşmayan etirazçı qüvvələr bir həftədən artıqdır ki, Gürcüstan parlamentinin qarşıslnda etiraz mitinqləri keçirir. Etirazçılarla əsayişi qorumağa çalışan hüquq mühavizə orqanlarının əməkdaşları  arasında ciddi qarşıdurmaların olduğu, yüzlərlə etirazçının saxlandığı barədə məlumatlar yayımlanmaqdır. 

Gürcü xalqı artıq arxayın nəfəs ala, gedib evlətində rahat yata  bilərlər. Emanuel Makron məsələnin həllinə "əl bulayıbsa" ölkədə tezliklə "əmin-amanlıq" yaranacaq.  Adam Fransada illərdi etiraz edən qüvvələrə qarşı necə mübarizə aparmağın yolunu bilir. Qalır Midzina İvanaşvilinin Fransa liderinin "ağıllı" məskəhətləri ilə hətəkət etməyi...

 
 

TƏQVİM / ARXİV