Türk jurnalist "Göy Məscidi"i və İrəvanı türk tarixi adlandırdı:Snell qəzəbləndi

Xəbər vermişdik ki, martın 11-də Türkiyənin 10 media orqanını təmsil edən jurnalistlər İrəvanda Ermənistan baş naziri Nikol Paşinyandan müsahibə götürüblər.
Səfərdə “CNN Türk”, “Hurriyet”, “Daily News”, “T24", ”Anadolu", “İhlas”, “Sözcü”, “Mediascope” kimi media qurumlarının əməkdaşları iştirak edib.
Adalet.az xəbər verir ki, bundan hədsiz narahat olan isə sosial mediada Azərbaycan və Türkiyəyə qarşı təxribatçı paylaşımları ilə tanınan ermənipərəst lobbiçi, amerikalı "jurnalist" Lindsi Snell olub. Amerikalı jurnalist bu barədə X- sosial şəbəkə hesabında paylaşım edərək öz ampluasını genişləndirib:"Bir neçə gün əvvəl baş nazir Nikol Paşinyanla müsahibə üçün İrəvana gələn türkiyəli jurnalist İranın Göy Məscidini ziyarət edərək, onu, eləcə də İrəvanı “tarixi türk” elan edib. Türkiyəli jurnalist iddia edib ki, Yerevanın türkcə adı İrəvandır.:"Ona görə də əslində türk tarixində və Türk İmperatorluğunda öz yeri olan bir şəhərdir.
Arxamızda İrəvanda qalan yeganə məscid var, o, 1700-cü illərdə, İrəvan xanlığında, Hüseynin hakimiyyəti dövründə, burada Hüseyn Əlinin də yaşamadığı, azərbaycanlı türklərin də yaşamadığı bir məsciddir."
Qeyd edək ki, bu fakta ermənilərdən çox qeyzlənən Lindsi Snellin ilk addımı deyil. O, 2023-cü ildə 49 ölkədən 150 xarici qonaq, o cümlədən dünyanın 34 ölkəsinin dövlət informasiya agentliyi, 12 beynəlxalq təşkilat və media qurumu iştirak edən Şuşa Qlobal Media Forumunu da hədəfə almışdı.
Lindsi iştirakçıların siyahısını paylaşaraq bununla faktiki olaraq bu şəxsləri təqib etməyə çağırırdı, onların nüfuzuna xələl yetirməyə çalışırdı və bunu onların guya "Qarabağda 120 min sakini blokadaya alan" ölkədə keçirilən forumda iştirak etmələri ilə əsaslandırırdı.
Əntiqə Rəşid
Digər Xəbərlər

Prezidentdən AMEA ilə bağlı SƏRƏNCAM

Zakir Həsənov Azərbaycan Ordusunun şəxsi heyətini TƏBRİK ETDİ

Xankəndidə həbsxana tipli zirzəmi aşkarlandı - FOTOLAR

8 marşrut xəttinin fəaliyyəti bərpa edildi

Milli Məclisin deputatları Ədliyyə Nazirliyinin Probasiya xidmətində olublar

İlham Əliyev Azərbaycan xalqını təbrik etdi

Təhlükəli yüklərin mülki hava gəmilərində daşınması qaydaları təsdiqləndi
