"Ukrayna danışıqlara başlamağı planlaşdırır" - Rüstəm Hacıyev yazır

RÜSTƏM HACIYEV
734 | 2024-12-05 13:23

Kiyev hansı şərtlərlə danışıqlara razılıq verir

Amerikanın The Wall Street Journalı,  mənbələrinə əsasən yazır ki, Ukrayna yaxın vaxtlarda danışıqlara getməyə hazır olduğunu elan etməyi planlaşdırır. Kiyev Moskva ilə müvəqqəti sülh şərtləriylə deyil, "dayanıqlı sülh" şərtləri ilə danışıqlara getməyə razılıq verə bilər.

Jurnal qeyd edir ki, Ukrayna artıq üç ilə yaxındır davam edən müharibədən bezib və taqədətdən düşüb.

Ukrayna prezidentinin ofis rəhbəri Andrey Yermak dekabrın 4-də ABŞ-a gedib. Zelenskinin rəsmi nümayəndəsi burada bir neçə, o cümlədən yeni prezident Donald Trampın administrasiyasının üzvləriylə görüşlər keçirməyi planlaşdırır. Jurnalın məlumatına görə, Yermak "amerikanlarla münasibətləri tənzimləmək və gələcəkdə də onların Ukraynanı dəstəkləyəcəyinə təminat almaq istəyir".

Ukrayna prezidentinin ofis rəhbəri, Kiyevi ABŞ-ın konstruktiv tərəfdaşı kimi təqdim etməyə çalışacaq.

Zelenski daha əvvəl, Ukraynanln Şimali Atkantika Alyansına qəbul olunması müabilində atəşin dayandırılmasına razıllq verıcəklərini bəyan etmişdi. Andrey Yermak da yeni prezidentin komanda üzvləri ilə görüşdə Ukraynanın alyansa üzvlük məsələsini müzakirə etmək istəyib. Lakin Trampın komandası onun bu ideyasına o qədər də maraq göstərməyiblər.  

Tramp Ukraynanın NATO-ya qəbul olunmasının əleyhinədir. 

Xatırladırlq ki, Trampın məsləhətçiləri münaqişənin tənzimlənməsi üçün, bu günlərdə üç variant təklif ediblər.  Trampın məsləhətçisi Kit Kelloq, yeni vitse-prezident Devid Vens və milli kəşfiyyatın eks-rəhbəri Riçard Qrinella Kiyevin ərazi güzəştlərinə getməsini və NATO-ya üzvlükdən imtina etməsini təklif edirlər.

Məlumdur ki, həm Ukrayna, həm də amerikan qanunvericiliyində təmsil olunan bir çox siyasətçilər bu təkliflərin əleyhinədirlır. Analitiklər və xüsusi xidmət orqanlarının keşmiş əməkdaşları qeyd edirlər ki, Trampın "sülh planı", NATO-ya daxil olmağın "qələbə planının" əsas bəndi olmasını bəyan edən Ukrayna prezidenti Volodimir Zelenski tərəfindən etirazla qarşılanacaq. Həmçinin Avropa dövlətlərinin rəhbərləri və ABŞ Konqressi də bu planın həyata keçirilməsində Ağ Evə maneçiliklər törədəcəklər. 

Görünən odur ki, Donald Trampın "sülh planı"nın əvvəlcədən vəd olunduğu kimi tezliklə həyata keçirilməsi mümkün olmayacaq...

 

TƏQVİM / ARXİV