Atəş 30 günlük dayandırılacaq, bəs sonra?... -  Rüstəm Hacıyev yazır

RÜSTƏM HACIYEV
199 | 2025-03-19 11:55

Trampla Putin telefonla danışdı. Prezidentlər İkrsynadskı vəziyyəti və iki dövlət arasında münasibətlərin bərpa olunması məsələlərini müzakirə etdilər. Rusiya lideri  Trampın 30 günlük enerji infrastrukturlarına zərbələr endirilməsindən imtina edilməsi təklifini dəstəklədi və bununla bağlı hərbi qüvvələrinə müvafik əmr verdi.

 Vladimir Putin bildirib ki, martın 19- da Ukrayna tərəfiylə əsirlərin- 175 nəfərin 175 nəfərə formatı ilə dəyişdirilməsi planlaşdırılıb. Ukrayna tərəfinə  həmçinin əlavə olaraq 23 ağır yaralı ukraynalı hərbiçi də təhvil veriləcək.

 Tramp və Putin arasındakı danışıqlarda, Ukraynada hərbi əməliyyatların tamamilə dayandırılması şərtləri də müzakirə edilib. "Münaqişənin eskalasiyasının qarşısının alınması, məsələnin siyasi-diplomatik yolla həlli üçün Kiyevə xarici hərbi yardımların və kəşfiyyat məlumatlarının verilməsi tam dayandırılması əsas şərtlər olduğu qeyd olunub".

 Amerika və Rusiya, Qara dənizində yük gəmilərinin təhlükəsizliyin qorunması təşəbbüsünün detalları ilə bağlı danışıqlara başlanması barədə razılıq əldə ediblər.

 Sonda, Rusiya lideri yüksək nailiyyətin əldə edilməsinə verdiyi xidmətə görə Trampa təşəkkürünü bildirib.

 Dünya mətbuatının qiqqət mərkəzində olan, iki saat yarımlıq telefon görüşməsi, bəzi siyasi ekspertlərin, politoloqların fikirincə müharibənin dayandırılacağına ümid verir.

 Avstriyanın keçmiş kansleri  Sebastyan Kurst bəyan edib ki, Putinlə Trampın telefon görüşməsi  "yaxşı xəbərdir. Bu münaqişə bundan sonra daha böyük fəlakətlər gətirməməlidir".

 Avstryanın eks xarici işlər naziri Karin Knayls isə düşünür ki, Trampın əsas məqsədi, Baydenin havaya sovurduğu vergi ödəyicilərinin milyardlarla dollarını geri qaytarmaqdır.  

  Həqiqətən də, görünən odur ki, ABŞ prezidentinin Ukrayna münaqişəsinin birirmək istəyinə baxmayaraq, onun qarşısında həllini gözləyən daha prioritet məqsədlər var.

 Bəli, qeyd olunduğu kimi,  iki lider arasında hələ ki, atəşin yalnız 30 günlük dayandırılması razılaşdırılıb. Özü də başa düşdüyümiz qədər söhbət enerji infrastrukturlarına zərbələr endirilməsinin dayandırılmasından  gedir. 

 Daha əvvəl də, bildirdiyimiz kimi,  Vladimir Putin özünü Trampın təklifini qəbul etmiş kimi göstərməsinə baxmayaraq, yaranan üstünlüyündən istifadə etməyə çalışacaq. Bundan başqs, iki min kilometrə yaxın uzanan cəbhə xəttində atəşin tamamilə dayandırılacağı mümkün deyil və heç inandırıcı da görünmür. İstər Qərbdə, istərsə də Rusiyada müharibənin dayandırılmasının əleyhinə olan qüvvələrin cəbhə xəttində müxtəlif təxribatlar törətməklə vəziyyəyi gərginləşdirməyəcəyinə kimsə təminat verə bilməz. 

 Təbii ki, müharibənin davam etməsini kimsə istəmir ("müharibə Allahları" istisna olmaqla), lakin, Putinin irəli sürdüyü- "məsələ Rusiyanın maraqları nəzərə alınmaqla həll ounmalıdır"-  tələbləriylə Ukraynanın razılaşacağı da, mümkünsüz götünür. 

  Tramp hələ ki, həm Zelenskuni, həm də Putini ən azından  atəşun 30 günlük dayandırllmasına razılıq vermələrinə nail olub.  Lakin 30 gün ərzində, üç ildən artıqdır davam edən tərəflərin atəşi tamamilə dayandırılacağına və onların danışıqlar masasına oturacaqlarına   əmin olmaq olacaqmı?

 

TƏQVİM / ARXİV