Həkimlər bizi qorxudur... - Faiq Qismətoğlu yazır

FAİQ QİSMƏTOĞLU
917 | 2024-10-09 11:33

Bu gün insanlar elə bir durumdadır ki, kimliyindən asılı olmayaraq həkimə üz tutmalıdır.

Ən azından ona görə ki,  bu gün dünyada mənşəyi bilinməyən və müalicəsi olmayan o qədər xəstəliklər var ki. Heç belə baxanda sağlam adamlar da çox deyil. Bir yandan da ekoloji tarazlığın pozulmasını, yediyimiz qidaların təmiz olmadığını, hətta içdiyimiz suyun, udduğumuz  havanın çirkli olmasını nəzərə alsaq, onda vəziyyətin nə qədər çətin olduğunu təsəvvür etmək  olar. Bir sözlə, indiki dünyada gərək insan daş, dəmir ola ki, bu qədər  çətinliklərə tab gətirə  bilə!   Deməli, insanlar dözümlü olmasa, çətin şəraitdən  çıxış yolu tapmasa, sağlamlığına da qovuşa bilməyəcək.

Bizim bəzi həkimlərə  Allah insaf versin! Onların yanına gedirsən sənə ürək-dirək vermək, maarifləndirmək əvəzinə, təsir altına salır, qorxuzur. Bir- iki dərman yerinə  yeddi- səkkiz dərman yazır. Baxırsan ki, iki vərəq pesept yazıb.Bir dostum həkimdən qayıdandan sonra ikinci  həkimin yanına getdi. O həkim də vicdanlı insandır. Reseptə baxıb deyib ki, bunun yarısına ehtiyac yoxdur. Və o reseptdən cəmi iki dərman saxlayıb.

Çox qəribədir ki, bəzi həkimlər xəstələrə biznes marağı ilə yanaşırlar və onlara lazım oldu, olmadı həddindən artıq dərman yazılar. Və sonra da pasiyentləri dərmandan , özlərindən asılı vəziyyətdə saxlayırlar. Onlar düşünmürlər ki, elə xəstə var nəinki yeməyə, heç dərman almağa pul tapa bilmirlər. Həkimlər məndən inciməsinlər ey! Ölkəmizdə vicdanlı, insaflı həkimlər də  var. Amma çox təəssüf ki, onlar azdılar və baş həkimlər belələrinə göz verib, işıq vermir, incidirlər.

Hətta bəzi özəl klinikalarda belə həkimlər sıxışdırılır. Çünki onlar baş həkimlərin dedikləri ilə  deyil,  vicdanının səsi ilə hərəkət edirlər! Və nə yaxşı ki, belə həkimlərimiz var!!!

TƏQVİM / ARXİV