Yaslarımız gülməli...  - Faiq QİSMƏTOĞLU yazır

FAİQ QİSMƏTOĞLU
617 | 2024-11-13 13:44

 ... Deyirlər ki, xeyirlə şər qardaşdır.Yas bitdiyi yerdə toy başlayır, toy bitdiyi yerdə yas...

Dünyanın hər yerində belədir.Amma dünyanın hər yerindən fəqli olaraq bizdə yas və toy məclisləri tamamilə başqa cür olur. Məsələn, bizdə var adam və doğmaları rəhmətə gedəndə  bir süfrə açılar ki, heç bəzi toylarda belə zəngin süfrə olmur. Üzr istəyirəm, masanın üstündə araqdan başqa hər şey olur.Və bir də görürsən ki, aş , aş qarası qurtarmamış, xidmətçilər yenidən qabları həmin yeməklə doldurub süfrəyə qoyurlar.

Qaşıqların səsindən qulaq tutulur. Bəzi " ehsanşik" lərsə,  üç- dörd dəfə boşqabı aşla, aş qarısı  ilə doldurub yeyir, yenə gözü doymur.Məclisdə əyləşənlərin  gözü isə onda- bundadır.Baxırlar ki, hansı vəzifəli adamlar gəlib- gedir. Elə ki, bir yüksək vəzifəli adam gördülər o dəqiqə gəlib, onun yanında əyləşirlər.Çünki dünyanın işin bilmək olmaz, o adama işi düşər və o adam da onun işin aşırar.Yaslarda ağız deyəni qulaq eşitmir. Heç mollanın oxuduğu Qurana qulaq asan az olur.Rəhmətə gedən yaddan çıxır, hətta lətifə söyləyənlər  də olur.Bax onda o lətifəyə qumlaq asanları gülmək tutur. Və birdən özlərinə gəlib,  diksinirlər.  Diksinirlər ki,  ay dadi- bidad bura toy deyil, yaş yeridir...  

Heç toylarımız da ürəkaçan deyil.Toydada da  süfrənin üstünə o qədər yemək düzürlər ki, barmaq qoymağa yer qalmır. Nə tamadaya  qulaq asan olur, nə də müğənniyə! Toyda sağlıq deyənləri heç dinləyən olmur... Baxırsan masanın üstünə müxtəlif çeşidli yeməklər verməklə bir- birinin üstünə yığılıb!  Və burda  adamı ağlamaq tutur. Düşünürsən ki, bu boyda da israfçılıq olar?! Bunu heç bir millət eləməz, amma biz eləyirik!

Toydan  qazandıqları mızın  hamısın şadlıq sarayına, bir də " manıs"lara    veririk! Bir dəfə Xırdalandakı şadlıq sarayında toy baş çatanda   oğlan atası pulu tam ödəyə bilməyib. Şadlıq sarayının rəhbərliyi bəylə gəlini buraxmayıb.Onları bir neçə saat saxladıqdan sonra toy sahibi borcu verib və bundan sonra bəylə gəlini azad ediblər. Və burda adamı bir az da ağlamaq tutur.Toy edirsən yorğanına görə ayağını uzat! Varlı adamlarla bəhs  eləmə. Bax, ona görə , bəzi yaslarda adamı ağlamaq tutur, bəzi toylarda gülmək! Bəlkə , yalan deyirik?!

TƏQVİM / ARXİV