Hara gedirsən adamı aldadırlar...  - Faiq QİSMƏTOĞLU yazır

FAİQ QİSMƏTOĞLU
557 | 2024-11-19 12:39

Bəzən çoxlarımız zəmanənin qınayırıq və deyir ki, zəmanənin üzü qara olsun, bizi bu günə salan zəmanədir.

Qardaşlar, zəmanənin heç bir günahı yoxdu.Fəsillər həmin fəsildir, günlər də həmin günlər! Sadəcə olaraq insanlar dəyişib və bəzi adamların çörəyi dizinin üstündədir. Səmimi və təmiz adamlar çox azdır.

Dələduzlar, fırıldaqçılar daha artıb. Və bir çox halda onlar at oynadır, hara gedirsən belələrinə  rast gəlirsən. Bazara gedirik , bizi aldadırlar. Allah , peyğəmbərə and içir ki, tərəzi də çəkdiyi məhsul düzdür. Beş kiloqram alma alırsan evdə çəkib görürsən ki, bir kilo azdır.Deyirlər ki, bazar iqtisadiyyatıdır və belə şeylər olar.Yaxşı, qoy satıcı  öz məhsulunu hansı qiymətə satır, satsın, amma çəkidə heç olmasa, adamları aldatmasın.  

Ət alırsan , görürsən ki, sür-sümük verməyi bir yana, çəkidə də sənə kef gəlib. Bax onda qalırsan yana- yana! Tək bunlarla iş bitmir. Gedirsən hər hansı işin düşdüyü məmurun yanına, o da səni get- gələ salır və aldadır.Hələ başqa vəzifə sahiblərini demirik. Gör nə günə qalmışıq ki, ustalar da bizi aldadır.Bir dülgər evimizdə yarımçıq iş görüb, aradan çıxıb. Düz üç aydır onu tapa bilmirik.

Telefonla tapanda isə " sabah" gələcəm deyir.Qabaqlar telefona cavab verirdi, amma indi telefona da cavab vermir. Bax usta da bizi belə aldatdı. Nə isə... Çalışın bizim kimi yalancıların toruna düşməyin! Düsdünüz ha, çıxa bilməyəcəksiniz...

TƏQVİM / ARXİV