"ABŞ Ukraynaya hərbi dəstəyini davam etdirməlidir" -  Rüstən Hacıyev yazır

RÜSTƏM HACIYEV
537 | 2024-11-11 18:28

 Tramp sülh planını həyəra keçirmək üçün  hərəkətə keçir....

 ABŞ-ın yeni seçilmiş prezidenti Donald Tramp, noyabrın 7-də Rusiya Federasiyasının prezidentı Vladimir Putinə zəng edib.  Telefon danışıqları zamanı o, Putini Ukraynada vəziyyəti gərginləşdirməməyə çağırıb.

 The Vaşhington Post qəzetinin məlumatına görə, ABŞ -ın yeni prezidenti,  amerikan vergi ödəyicilərinin pullarının Kiyevə dəstək göstərilməsinə xərclənməsindən narahat olduğunu və müharibənin dayandırılması üçün Ukrayna hakimiyyətindən ərazilərinin bir hissəsindən, məsələn  Krımdan vaz keçməsini tələb edəcəyini bildirib. 

 Yeni seçilmiş prezident, qarşıdakı günlərdə "Ukrayna məsələsinin həlli ilə bağlı" danışıqların davam etdiriləcəyində maraqlı olduqlarından əmin olduğunu bildirib.

  Dövlət başçıları, həmçinin ABŞ silahlı qüvvələrunin Avropadakı fəaliyyəti və bu kontingentdə sülhə nail olunması yollarını da müzakirə ediblər.

 Mənbələrin məlumatlarına görə, Ukrayna hakimiyyəti, liderlərin telefon danışıqları barədə məlumatlandırılıb və rəsmi Kiyev bu danışlqlara etiraz etmədiyini bildirib.

 Tramp, seçki kampanitası vaxtlarından başlayaraq, preziden seçiləcəyi halda Ukrayna müharibəsini bitirəcəyi barədə verdiyi vədlərə əməl etməyə başlayıb. Lakin, daha əvvəl də yazdığımız kimi, münaqişə tərəflərinin onun planı ilə razılaşacaqları o qədər də inandlrıcı görünmür.

 Əvvala münaqişə tərəflərinin danışlqlara bsşlamaq üçün əvvəlcədən irəli sürdüklərı  şərtlər,  sülhə deyil, daha çox müharibənin sonsuzluğa qədər davam etdirilməsinə cəhd kimi qiymətləndirilir. Ukraynanın işğakl olunmuş ərazilərundən, ən yaxşı halda Krımdan imtina edəcəyi, Rusiyanın  isə, işğal etdikləri və artıq öz əraziləri elan etdikləri Donbass, Luqansk, Xerson vı Zaparojye vilayətlərini geri qayraracağı ffaktiki olaraq mümkünsüzdür.

 Tramp komandası da, yəqin ki, bu planın həyəta keçirilməsinin çətinliyinin fərqindədirlər. Ona görə də, yeni, tərəflərun hər ikisinin razılaşa biləcəyi "B" planının hazlrlanmasına başlanmalıdlr. 

  Təbii ki, indiki durumda "B" pıanının hansı prinsiplər əsasında hazırlanacağı  da müşkül məsəkədir. Bir yandan da, hələ ki, gələn ilin yanvar ayının  20-dək prezident vəzifəsini icra edən Co Bayden və onun administrasiyasının da buna mane olacağı diqqətdən kənarda qalmamalıdır.

 Baydenin milli təhlükəsizlik məsələləri üzrə köməkçisi Cek Sallivan bildirib ki,  "prezident Baydenin hakimiyyətdə qalan 70 günü ərzində, Konqressi və gələcək administrasiyanı, Birləşmiş Ştatların Ukraynadan geri çəkməməyə  inandırmağa zamanı olacaq".

 Sallivan həmçinin, yeni seçilmiş prezidentin fəaliyyəyə başlayacağı günədək Konqressin ayırdığı 6 milyard dollar vəsaitin Ukraynaya çatdırllacağını da bəyan edib. 

 Görünən odur ki, Donald müəllimin dünyada sülh yaratmaq təşəbbüslərini həyata keçirməsi cəhdləri elə də asan olmayacaq.  

 

 

TƏQVİM / ARXİV