Yaxın Şərq yenidən alovlanır - Rüstəm Hacıyev yazır

RÜSTƏM HACIYEV
230 | 2024-12-02 10:45

Yaxın Şərqdə İsrail-Livan arasında atəşkəs elan olunması, tezliklə Fələstin-İsrail münaqişəsinin də dayandırılacağına ümidləri artırdığı bir vaxtda, "Sem dayı" suriyada yenidən vətəndaş müharibəsinin başlanmasına təkan verdi.

 Belə ki, "Həyat Təhrir əş-Şam" qruplaşmasının yaratqııları və onların tərəfdaşları  İdlib əyalətinin ərazilərində  irəliləməkdə davam edirlər, artıq  Hələb şəhərinə giriblər. 

 Bunula da  islama heç bir aidiyyatı olmayan "islamçılar", 2020-ci ildə Rusiya, Türkiyə və İranın vasitəçiliyi ilə, münaqişənin dayandırılması ilə bağlı sazişi pozublar. Suriya Hərbi Qüvvələrinin komandanlığı qruplaşmanın hücumları nəticəsində onlarla hərbiçisinin öldürüldüyü və yaraqlılara qarşı əkshücumlara başlayacaqlarını  bəyan edibdir. Ölkənin prezidenti Bəşər Əsəd bəyan edib ki, "dost tərəfdaş ölkələrun köməkliyi ilə", onun ordusu yenidən ölkənin ərazil bütövlüyünü qorumağa hazırdır. 

 Bildirilir ki, "Həyat Təhrir əş-Şam" qruplaşmasının terrorçuları , strateji yüksəlik sayılan Əı-Avadi qəsəbəsi də daxil olnaqla 400 kv. km ərazini zəbt ediblər. Bu yüksəklik, paytaxta gedən magistral yolu daima atəş altlnda nəzarıtdə saxlamaq imkanı verir. Bəzi mənbələr bildirirlər ki, İdlub vilayətinin Marat-ən-Numan qəsəbələrini də tam nəzarətə götürülüb. Onlar Suriyanın hökumət qoşunlarını bu ərazilərdən çıxarmaq istəyirlər...

  Təbii ki, "müharubə şeyranlarının" Yaxın Şərqdə illərdi yanan ocağı söndürmək fikirində olmayacaqları əvvəldən də məlum idi. Görünən odur ki, atəşin dayandırırması ilə bağlı saziş onlara özlərinin yaratdıqları qruplaşmaları yenidən toparlanaq və gücləndirmək üçün lazım imiş. 

  Suriya silahlı qüvvələri, ordusunu artıq ərazilərinin kifayət qədərini nəzarətləri altına alan  terrorçu qruplaşmalara qarşı əks hücuma hazırlayır. Bəşər Əsəd dost tərəfdaş ölkələr kimi güvəndiyi Rusiya, başının Ukrayna müharibəsinə qarışdığı  bir vaxtda onlara yenə kömək edə biləcəkmi? 

 Kim bilir,  "Müharibə şeytanları" bəlkə də Suriyada yenidən vətəndaş müharibəsini qızışdırmaqla,  son zamanlar Rusiyanın Ukraynaya qarşı artan  təyziqlərini azaltmağa çalışır? 

 Niyə də olmasın, axı müharibə kimlər üçünsə ölüm, dağıntı, faciə gətirir, kimlər üçün  isə milyardlarla dollar qazanc...


 

TƏQVİM / ARXİV