ABŞ Ukraynanı qurban verəcək..? - Rüstəm Hacıyev yazır

RÜSTƏM HACIYEV
506 | 2024-11-12 16:30

Birləşmiş Ştatların Ukraynanı yarı yolda qoyacağını əvvəlcədən də proqnozlaşdırmışdıq.  Təəssüf ki, proqnozlarımız deyəsən özünü doğrultmaqdadır. 

  Donald Trampın seçki kampaniyasına yüz milyonlarla dollar "sərmayə" yatıran amerikalı miyarder İlon Maks, yenidən Ukrayna müharibəsinin davam etdirilməsinin əleyhinə çıxış edib.

 Biznesmen bir daha təsdiq edib ki, bu müharibə perspektivi olmayan sonsuzluğa qədər uzana bilən münaqişədir.  İlon Maks bildirib ki, Ukrayna itirdiyi əraziləri qaytarmaq imkanları yoxdur, əksinə ölkənin gənclərini qurban verir.

 Amerikalı  kəşfiyatçı Skott Ritterin fikirincə, "Ukrayna bu müharibəni uduzub və onu bu məğlubiyyətdən azad edəcək kimsə yoxdur". Ritterin sözlərinə görə, Rusiya döyüş meydanında üstünlüyünü saxlayır və bütün cəbhə boyu irəliləməkdə davam edir.  "Bundan başqa, Ukraynadan fərqli olaraq, rusiyalılar müharibədə hakimiyyətin tutduğu mövqeyi dəstəkləyirlər. Bu da, xalqın dəstəyini hiss edən,  döyüş meydanında vuruşan  əsgər və zabitləri daha da ruhlandırır"- deyə Ritter bildirib.

  Qərbin və ABŞ-ın artıq demək olar ki, "yorulduğunu" və Ukraynaya əvvəlki həvəslə kömək etmək istəmədiyini görən Rusiyanın məqsədi, ukrayna hərbiçilərini gücdən salmaqdan ibarətdir.  Düzdür bu qanlı döyüşlərdə Rusiya tərəfi də, həm canlı, həm də texnika  baxlmdan itkilərə məruz qalır. Lakin ukraynalılarla müqayisədə, ukrayna daha çox itkilərə məruz qalır ki, bu da müharibədə böyük əhəmiyyət kəsb edir.

 ABŞ-ın yeni seçilmiş prezidenti Donald Tramp dəfələrlə bəyan etmişdi ki, Ukrayna münaqişəsini həll etmək gücündədir. Görünən odur ki, Teamp seçkilərdə qələbə qazandıqdan dərhal sonra, inaqurasitanı gözləmədən, hələ vəzifəsinin icrasına başlamamış verdiyi vədlərin icrasına başlayıb. 

 ABŞ-ın 47-ci prezidenti artıq, həm Ukrayna prezidenti Volodimir Zelenskiylə, həm də Rusiya prezidenti Vladumir Putinlə telefonla danışıb və münaqişənin sülh yolu ilə başa çatdırılması yollarını müzakirə edib.

  Hazırda münaqişənin hərbi yoldan çox siyasi yolla həll olunması istiqamətinə diqqət artırılır. Lakin məsələnin siyasi yolla həll edilə biləcəyi də o qədər inandırıcı görünmür.   Çünki, Rusiya münaqişəni istənilən istiqamətə yönəldə bilər. Belə ki, münaqişənin danışıqlar yolu ilə həlli, Rusiya prezidenti Vladimir Putinin geri ata biləcəyi  addımlardan çox asılıdır.  Əvvala Ukrayna ərazilərinin bir hissəsinın itirulməsiylə, Rusiya isə işğal etdiyi bəzi mövqelərdən geri çəkilməsiylə razılaşmalıdır ki, bu da hazırki dönömdə mümkünsüz görünür. 

  Beləliklə, hələ 2014- cü ildən başlayaraq, (əslində daha əvvəl) ABŞ-ın fitvası ilə Rusiyayla geniş miqyaslı münaqişəyə başlayan Ukrayna, getdikcə doyüş meydanında tək qalmaq təhlükəsiylə üzləşə bilər. Trampın Ukraynaya hərbi dəstəyini azaltması və ya, tamamilə dayandırması,   tezliklə Qərbin də belə bir addımı atacağı deməkdir. . Belə olduğu halda Rusiya ilə qarşı-qarşıya qalan Ukraynanın vəziyyətinin heç də yaxşı olmayacağı aydın görünür.

 Hər bir halda, əvvəlcədən də güman edildiyi kimi, təəssüf ki, Ukraynanın "Sem dayının" maraqlarına qurban veriləcəyi proqnozları özünü doğrultmaqdadır... 

 "Qonşuya, (özü də minlərlə kilometr aralıdakı "qonşuya") ümid olan, sonda işıqsız qalar", misalı boş yerə deyilmədiyinin bir daha şahidi oluruq.


 

TƏQVİM / ARXİV