Respublikaçılar Konqressdə də üstünlük qazanır... - Rüstəm Hacıyev yazır

RÜSTƏM HACIYEV
601 | 2024-11-13 12:42

Noyabr seçkilərində Trampın partiyası təkcə prezident seçkilərində deyil, həmçinin Konqressdə də qalib gəlir. Belə ki, səslərin hesablanması prossesi hələ davam etsə də, Respublikaçılar artıq Senatda 100 yerdən 52-sini qazanıblar, Pensilvaniya ştatından daha bir namizədlərinin senator olmaq şansları var. Aşağı-  nümayəndələr palatasına seçilən   konqtessmenlərin 211 nəfəri  də Trampın partiyasının nümayəndələridirlər. Burda da çoxluğu əldə etmək üçün daha 7 deputatın seçilməsi lazımdır. Hesablamalara  görə, Respublikaçılar partiyasından daha 10 nəfərin aşağı palataya seçiləcəyi gözlənilir.

  İlkin nəticələrə görə, nümayəndələr palatasına seçkilərdə yerlər uğrunda gərgin mübarizə getməsinə baxmayaraq, Donald Trampın partiyadaşlarıın burda da çoxluq əldə edəcəkləri şübhə doğurmur. Bir çox ştatlarda Respublikaçıların üstünlüyü hətta 20-30 faizə qədər çatır.

 Maraqlıdır ki,  nümayəndələr palatasının hazırki spikeri, respublikaçı xristian-konservator Mayk Conson heç bir çətinlik çəkmədən aşağı palataya seçkilərdə qələbə qazanıb və yəqin ki, daha dörd il nümayındələr palatasına rəhbərlik edəcək. 

 Daha maraqlısı, ABŞ tarixində ilk dəfə olaraq, Demokratların Delavar ştatından transgender qadın, Sara Maykbrayd da nümayəndələr palatasına deputat seçilib. 

 Beləliklə, Respublikaçılar Ağ Evdə , Senatda və Nümayəndələr palatasında vahid hökumət qurmağa hazırdlrlar. Amerika xalqı bir daha, yüksək səslə Bayden-Xarris administrasiyasının ölkəni fəlakətə sürükləyən  siyasətindən kəskin şəkildə imtina etdiklərini nümayiş etdirdilər.

  Bu günədək Respublikaçıların Konqressin hər iki palatasında qələbə qazanması nadir hallarda baş verib. Son onilliklərdə yalnız Corc Buşun (oğul Buşun) zamanlnda, bir də 2016-cı ildə Trampın birinci prezidentliyi dövründə belə hal baş vermişdi. Düzdür, Tramp birinci prezidentliyi dövründə bu üstünlükdən kifayət qədər yararlana bilməmişdi.  Yəqin ki, bu dəfə bu üstünlükdən maksimum yararlanmağa çalışacaq.

 Xatırladırıq ki, Konqress ABŞ-ın xarici siyasətində böyük rol oynayır. Vergi sisteminə nəzarət edir, xarici ökkələrlə ticarət mübadiləsini tənzimləyir, müharibə elan etmək hüququna malikdir, həmçinin hərbi qüvvələrin formalaşdırılmasına və onun saxlanmasıı üçün maliyə ayırır.

  Hər iki palata əsasən qanunvericiklə məşğul olur. Senat əlavə olaraq prezident administrasiyasının formalaşdırılmasında əsas rol oynayır. Məhz Senat prezidentin yüksək dövlət vəzifəsinə  təyin etdiyi şəxsi təsdiq edə və ya təsdiq etməyə bilər. Yuxarı palata həmçinin beynəlxalq müqavilələri ratifikasiya edir. Qanun layihələri isə, yalnız hər iki palatanın təsdiqindən sonra qüvvəyə minir.

 Göründüyü kimi, Trampın növbəti prezidentliyi daha asan keçməlidir. Xüsusiylə də, respublikaçılar partiyasının Senatdakı lideri, yeni seçilmiş prezidentin əsas opponenti Mitç Makkonnelin vəzifəsini tərk etməsi də burda böyük rol oynaya bilər. 

 Lakin, bəzın hər şey göründüyü kimi olmur. Xüsusiylə də dünyanın hazırki gərgin durumunda, gözləntilərin və verilən "şirin" vədlərin istənilən kimi həyata keçirilməsi o qədər də asan olmayacaq...

 

 

 

TƏQVİM / ARXİV