Ukraynanın yeraltı sərvətlərini bölüşdürülürlər..? - Rüstəm Hacıyev yazır

RÜSTƏM HACIYEV
234 | 2025-03-03 09:58

 Ukrayna prezidenti Volodimir Zelenski  Ağ Evdə  Donald Trampla qalmaqallı görüşündən sonra, , Ukraynanın yeraltı sərvətlərin istehsalının ABŞ-a verilməsiylə bağlı artıq razılaşdırılmış müqaviləni imzalamadan birbaşa Londona yollandı və  Trampın arzularından birinin demək olar ki, üstündən xətt çəkdi.

  Tramla görüşdə Zelenskinin əsas tələbi ayəşkəs elan olunduqdan sonra,  Ulkraynanın təhlükəsizliyinə zəmanət verilməsi idi. Lakin Tramp və görüşdə iştirak edən vitse prezident Marko Vens qətiyyətlə Ukrayna prezidentinin təkliflərindən yayınaraq, onu hətta müharibənin başlamasında günahkar olmaqda ittiham etməklə, Rusiyaya haqq qazandırmağa çalışırdılar. Nəticədə Zelenski görüşü yarımçıq dayandıraraq, "Oval otağı"  tərk etməli oldu.

  Vaşinqtondan birbaşa Londona gedən Ukrayna prezidenti Böyük Britaniyanın baş naziri Kir Starmerlə görüşdü və ABŞ prezidenti ilə keçirilən yarımçıq qalan görüş barədə ona məlumat verdi. Britaniyanın baş naziri dərhal Avropanın aparıcı dövlətlərinin  liderlərini Londona çağırdı və yaranmış vəziyyətdən istifadə edərək, Ukraynanın yeraltı faydalı sərvətlərinin istehsalının  onlara həvalə edilməsi əvəzində, Zelenskiyə ölkəsinin  təhlükəsizliyinin təmin olunacağı ilə bağlı zəmanət verməyə hazır olduqlarını bəyan etdi.

 Nüvə potensialına malik Böyük Britaniya və Fransayla yanaşı, Almaniya, Polşa və Pribaltika dövlətləri atəşkəs elan ediləcəyi təqdirdə,  Ukraynaya sülhməramlı hərbi qüvvələrini göndərmək barədə zəmanət verəcəklərini bildirdilər. Yəni bununla da,  faktiki olaraq NATO səviyyəsində yeni hərbi blok yaradıla biləcəyini nümayiş etdirdilər. Starmer və Makron bununla bağlı Trampla görüşüb vəziyyəti ona izah etməyə çalışacaqlarını bəyan etdilər.

Tramp əvvəldən də  deyirdi ki, Ukrayna Avropadadır və onun təhlükəısizkiyinin qorunması Avropa dövlətlərinin üzərinə düşür. Starmer və Makron bundan istifadə edərək, Trampa uzah etmıyı çalıacaqkar ki, Avropa birliyinin Ukraynada biznes yaratması və gələcəkdə bu ölkəyə sülhməranlılarını göndərməsi Ukraynanın təhlüjısuzliyinin təminatı ola bilər. Tramp üçün isə Ukraynanın heç bir əhəmiyyəti olmadığı hamıya məlumdur. 

 Rusiya prezidenti Vladimir Putin, hələlik susur və hiss edir ki, Qərrblə ABS ona torba tikə bilərlər. Ona görə də özü hələki bir  fikir bildirməsə də, Kremlə yaxın juurnalust Zarubinin dili ilə Trampa çatdırır ki, Rusiya da öz "ərazılərundə" ABŞ- a faydalı mineralların istehsalı ilə bağl imkan yarada bilər. Təbii ki, "öz ərazilərində" dedikdə, jurnalist (oxu Putin), işğal etdikləri  Donetsk, Luqansk vilayətlərini nəzərdə tutur. Yəni Ukraynanın  yeraltı sərvıtlərinin yarısı Avropaya, digər yarısının yealtı sərvətlərii isə ABŞ-ın payına düşür. Əslində Tramp üçün  Ukrayna və yaxud Rusiya ilə işbirliyi quracağının  heç bir fərqi yoxdur. Əsas odur ki. istədiyinə nail olsun. 

 Və beləliklə, nəhayət ki,  Ukraynanın faciəsi üzərindən  "tərəflər" başladıqları münaqişənin bəhrəsini görə bilərlər. Avropa ( oxu Böyük Britaniya)öz paylnı, ABŞ  öz payını götürür, Rusiya beynəlxalq səviyyədə tanınmasa da, faktiki olaraq,  işğal etdiyi ərazilərə sahib olur, Ukrayna isə... vurulmuş kart kimi,  artıq heç kimi maraqlandırmır...

 Təbii ki, hadisələrin bu ssenari ilə davam etməsini istəməzdik. Təəsüflər olsun ki, hegemon dövlətlərin maraqları qarşısında  bizim kimi milyonların   istəkləri   nəzərə alınmır...

 

  • Mart:
  • 7

TƏQVİM / ARXİV