SON DƏQİQƏ:

TÜRKÜ TANIYAN DÜŞMӘN - Seyfəddin Altaylı yazır

  52014   |  
Şriftin ölçüsü  

"Özgәlәrinin izdirablarından, yaranmış fәlakәtlәrdәn dәrs alanlar doğrudan da xoşbәxt kәslәrdir.

Hәzrәt Әli”



Düşmәni mәğlub etmәyin әn әmin yolu onu yaxşı tanımaqdır. Tanımaq da onun dilini, inamını, adәt-әnәnәsini, mәdәniyyәtini vә mәnәviyyatını öyrәnmәkdir.

Dünyada 376 il tәk başına hökmran olmuş Osmanlı dövlәtinin tәnәzzülә uğramasının bir çox sәbәbi vardır. Әn başdakı sәbәb dә İslam dininin elmә üstünlük vermәsinә baxmayaraq xüsusilә idarәçilәrin İslamı yalnızca namaz qılıb oruc tutmaq, dua oxumaq vә s.-dәn ibarәt saymasından, elmә arxasını çevirmәsindәn, çağdaş texnolojini ixtira etmәmәsindәndir. Digәr sәbәblәrin başında da onu yaxşı tanıyan düşmәnlәrinin daxildәn vә xaricdәn vurduğu zәrbәlәrdir.

Osmanlı imperiyasında iki rum patriarxı asılaraq edam edilmişdir. Biri İstanbulun Fәnәr sәmtindәki patriarxlığın rәhbәri III Pantenios, digәri dә yenә hәmin Patriarxlığın rәhbәri V Qreqoriusdur. III Pantenios Әflak vә Boğdan dәrәbәylәrini üsyana tәşviq etmişdir. Sәdrәzәm Köprülü Mәhmәd Paşa Patriarxın dәrәbәylәrә yolladığı mәktubu әlә keçirmiş vә onu 1657-ci ilin 24 mart günü asdırmışdır.

Mora yarımadasında isә 1820-21-ci illәr arasında yaranan üsyan Balkanların Osmanlının әlindәn çıxmasına birbaşa tәsir etmişdir. Ermәnilәr Qәrbi Azәrbaycana ruslar tәrәfindәn kütlәvi şәkildә müxtәlif vәdlәr verilәrәk vә әksәriyәti dә cәbrәn gәtirdilәrәk 1828-ci ildә әzәli vә әbәdi torpaqlarımızda mәskunlaşdırılmasından vә bizim dә onları qonaq qәbul edib hәr cürә yardımı etmәyimizә baxmayaraq ayaqlarını möhkәmlәdәr möhkәmlәtmәz vәhşicәsinә qırğınlar hәyata keçirdilәr. Hәmin qırğınların oxşarını yunanlılar Mora yarımadasında XIX әsrin başlarında törәtmiş, on minlәrlә türk vәhşicәsinә qәtlә yetirilmişdir. Padşah II Mahmud üsyanda barmağı olanların tapılması üçüñ sәdrәzәm Bәndәrli Әli Paşaya tapşırıq vermiş, o da apardığı tәdqiqatlar nәticәsindә Fәnәr Patriarxı V Qrәqoriusun türkün qәnimi olan rus çarı Aleksandra yazdığı mәxfi mәktubları әlә keçirmiş, Patriarx xәyanәtlә ittiham edilәrәk 21 nisan (aprel)1821-ci il tarixindә Patriarxlığın qapısının önündәcә asılaraq edam edilmişdir. Hәmin qapı bugün dә "Kin Qapısı” kimi anılır.

Qreqorius, çar Aleksandra yazdığı mәktublarda biz türklәr barәdә qızıl qiymәtindә mәlumatlar yazmışdır. Buyurun oxuyun:

"Türklәri cismi olaraq әzib mәhv etmәk qeyri-mümkündür, çünki onlar hәddәn artıq sәbrli vә dözümlüdülәr. Olduqca mәğrurdular vә lәyaqәt sahibidilәr. Bu yaradılışları da onların dinlәrinә olan vurğunluğundan, alın yazısına rza göstәrmәlәrindәn, adәt-әnәnәlәrinin qüdrәtindәn, padşahlarına, komandirlәrinә vә böyüklәrinә itaәt duyğularından irәli gәlir. Türklәr hәddәn artıq ağıllıdır. Özlәrini müsbәt yola yönәldәcәk öndәrlәrinә sahib olduqlarında çalışqanlıqlarına söz ola bilmәz. Qәnaәtcildilәr vә bütün mәziyәtlәri, hәtda qәhrәmanlıq vә şücaәt hisslәri dә әnәnәlәrinә olan bağlılıqlarından, әxlaqlarının qüdrәtindәn irәli gәlir. Türklәri mәğlub etmәyin yolu onların itaәt duyğusunu sındırmaq, mәnәviyatlarının söykәndiyi bağları qoparmaq, dini mәtanәtlәrini zәiflәtmәklә mümkündür. Bunun da әn kәsdirmә yolu onların milli әnәnәlәrinә vә mәnәviyyatlarına zidd olan xarici düşüncәlәri vә hәrәkәtlәri onlara mәnimsәtmәkdir. Türklәr xaricdәn yardım almağa yaxşı gözlә baxmazlar vә qәbul etmәzlәr, çünki әxlaqları buna icazә vermәz. Türklәri yadlardan yardım almağa öyrәtmәk vacib mәsәlәdir. Bu da onların mәnәviyatının sarsılması anlamına gәlir. Mәnәviyatları sarsılınca da onları özlәrindәn qat-qat ordular qarşısında müzәffәr qılan qüdrәtlәri sarsılacaq, belәliklә onları maddi vasitәlәrlә mәğlub etmәk mümkün hala gәlәcәkdir. Hal belә olduqda Osmanlı dövlәtini tәnәzzülә uğratmağın yeganә yolu sadәcә olaraq döyüş meydanlarında onları mәğlub etmәk deyildir. Hәtda döyüş meydanında daddıqları mәğlubiyyәt onların heysiyәtini vә lәyaqәtini tәhrik etdiyindәn hәqiqәtlәri başa düşmәlәrinә sәbәb dә ola bilәr. Tutulacaq әsas yol onlara nәsә hiss etdirmәdәn öz daxillәrindәki bu tәxribatlara yönәlib onu başa çatdırmaqdır”.

Bizdә bir atalar sözü var, "Ağılsız dostdansa ağıllı düşmәn yaxşıdır”.

Mәn olsam o patriarxı asdırmazdım. Ona tәşәkkür edәr vә әmniyәt işçilәrinin әhatәsindә onu ölkәnin dörd bir küncünü dolandırar vә bizlәrlә bağlı olaraq rus çarına yazdığı mәktubları xalqı meydanlara toplayar vә o kütlәlәrin qarşısında yüksәk sәslә özünә oxutdurardım. Düşmәnin şillәsindәnsә onun fikirlәrinin öz dilindәn ifa edilmәsi xalqı daha yaxşı oyadardı.

Biz әgәr yarındası (sabahısı "İ.Hәsәnoğlunun dilindәn, XIII әsr”) günlәrimizin yaxşı olmasını istәyirsәk mәnә görә yeni nәsillәrimizә düşmәnlәrimizin bizimlә bağlı fikirlәrini öyrәtmәk önәmli bir tәbliğat vasitәsidir. Bunların ibtidai mәktәblәrdәn tutmuş ali mәktәblәrә kimi dәrsliklәrә salmalı vә nәsillәrimizi ayıq saxlamalıyıq.


Dosta Göndər :

  

SON XƏBƏRLƏR

2021-12-03

Video

Yazarlar

MARAQLI

DÜNYA

ƏDALƏT BU GÜN
December: 04
November: 27 20 13 06 04 02
October: 30 28 26

Redaktor seçimi

FOTOREPORTAJ

GÜNÜN SİTATI

SORĞU

COVİD 19 peyvəndi vurdurmusunuz?

ÇOX OXUNAN

GÜNÜN LƏTİFƏSİ

Vasif Quliyevin kefi yuxarıdı, sanki səmalarda uçur. Aqil Abbas:

- Vasif, xeyir ola, genə göylərdə uçursan?

Vasif müləllim:

- Qağa neyniyim, "Parıament" siqareti cəkirəm, amma parlamentə düşə bilmirəm. "Prezident" yağı yeyirəm, prezident ola bilmirəm. Bircə

 "Vozdux" arağı real kömək edir, içən kimi havalarda uçuram.

ARXİV

TƏQVİM

FACEBOOK