SON DƏQİQƏ:

DÖVLӘT ADAMLIĞINI ANLAMAQ - Seyfəddin Altaylı yazır

  53788   |  
Şriftin ölçüsü  






















"Bir dövlәtin davamı vә taleyi ancaq әdalәtlә mümkün olar

Hz.Әli


"Turkish Consulate General in Batumi <[email protected]>

To:[email protected]

Oct 24 at 6:00 PM

Sayın Altaylı,


Konsolosluğumuzca yapılan girişim nәticәsindә Gürcistan makamlarınca adınıza kәsilәn 500 Lari tutarındaki cәza iptal ettirilmiştir. Ötә yandan, şahsınızın yaşamış olduğu olaya ilişkin tahkikat başlatıldığı, Gürcü yetkililerden öğrenilmiş olup, sonuca ilişkin tarafımıza tekrar bilgi verileceği öğrenilmiştir.

Bilgilerinize, Saygılarımızla”.

Әziz oxucularım, yuxarıda Türkiyәnin Batum Başkonsulu Makbulә Koçak Xanımın mәnә yolladığı şad xәbәr yer tutur. Mәnim üçün şad olmasının әn böyük sәbәbi dә budur:

Yadınızdadırsa sentyabr ayının 6-sı günü Sarp qapısından keçib Azәrbaycana gәlәrkәn gürcü polislәri bizlәri hәddәn artıq incitmiş vә nahaq yerә 50 larilik cәza üçün mәndәn 500 lari qәsb etmiş vә altı saat Batumda gözlәtmişdilәr. Mәnә caladıqları Tato adlı bir qulağıkәsik tәqaüdçü polis dә 150 lari almışdı ki, guya mәnә zamin olubmuş. Mәn dә Azәrbaycana gәldikdәn sonra hәm Xarici İşlәr Nazirliyimizә, hәm dә Batum Başkonsulluğumuza әrizә yazaraq vәziyyәti bildirmişdim. Batum Başkonsulumuz Makbulә Xanım olayı Gürcüstan dövlәtinә çatdırmış vә etirazını bildirmişdir. Gürcüstan tәrәfi mәnә qarşı etdiyi haqsızlığın fәrqinә varmaq mәcburiyyәtindә buraxılmış vә hәmin polislәr haqqında da iş qaldırılmışdır.

Bir dövlәtin qulluqçusu öncәliklә dövlәtinin lәyaqәtini düşünmәli, ona görә hәrәkәt etmәlidir. Gürcü polislәrinin mәndәn aldığı cәrimәyә yox, ancaq mәnә qarşı göstәrdiklәri rәftara görә şikayәtimi bildirmişdim. Çünki mәnә qarşı edilәnlәr dolayı olaraq iftixar mәnbәyim olan Ulu Dövlәtimә edilmişdi. Dövlәtim dә özünü bilmәz, geyindiyi rәsmi libasın mәnasını yaxşı başa düşmәyәn polislәrә kim olduqlarını yaxşıca başa salmışdır.

Layiq olmadığım hәrәkәtlәr qarşısında yazdığım mәqalәdә dә vurğulamışdım. Mәn hәmişә Türkiyә ilә Gürcüstanın dostluğunu müdafiә etmişdim. TRT-dә işlәyәrkәn Gürcücә radiosunun açılmasında bütün gücümlә çalışmış, buna nail olmuş, idarәçilәri razı salmış, hәtta kadrları belә gәlib Azәrbaycandan aparmışdım. Әlbәttә, mәnim Gürcüstan dövlәtinә qarşı hәr hansı mәnfi düşüncәm yoxdur, ancaq polislәri mәni incitmiş, dövlәtimin qüruruna toxunacaq hәrәkәtlәr etmişdilәr. Mәn dә onların bu hәrәkәtlәrini uda bilmәzdim vә lazımi yerә çatdırmalıydım. Çatdırdım vә onlar dövlәtimin bu cür hәrәkәtlәr qarşısında sakit qala bilməyәcәyini açıq şәkildә başa düşdülәr.

Әslindә Gürcüstan sәrhәd qapılarında işlәyәn polislәrin 99 faizi hәddәn artıq özündәnrazı, özlәrindәn savayı heç kәsi bәyәnmәyәn, hәtta üz-gözündәn şovinist psixologiyasının mimikaları tökülәn insanlardır. Bu cür polislәr Gürcüstan dövlәtini hörmәtdәn salır. Mәnim vә yoldaşımın xüsusi pasportu vardır. Polislәrin bizә qarşı daha ehtiyatlı, yardımsevәr hәrәkәt etmәlәri vacibdir, ancaq polis mәntәqәsinә çatdıqda, ümumiyyәtlә, yoldaşımı maşından düşürüb piyada xәttindәn getmәsini istәyirlәr, hәm dә qaşqabağı yerlә gedәrәk.

Görkәmli tәsәvvüf şeyximiz Hacı Bәktaş Vәli, "incinsәn dә incitmә” deyib. Ancaq incidilmәyin dә bir hәddi var. Şәxsәn incidilmәyimdәn narahat olaram, ancaq dövlәtimә qarşı zәrrә qәdәr nalayiq hәrәkәt olarsa, axırı hara çatarsa-çatsın onu qәbul etmәrәm vә indiyә kimi dә etmәdim. Batumda polis mәrkәzindә olarkәn mәnә qoşduqları tәqaüdçü polis işçisi Tatonun yanına gәlib onunla görüşәn hәr bir gürcü polisә, "Mәnә vә yoldaşıma qarşı etdiyiniz bu hәrәkәt Gürcüstana nifrәt qazandırır, belә getsә çox şeylәri itirәcәksiniz, ölkәnizә dost yox, düşmәn qazandırırsınız” - dedim. Bu sözlәrim qarşısında bәzilәri sadәcә olaraq tәrs-tәrs üzümә baxdılar vә heç nә demәdilәr, bәzilәri dә "İnsanların yaxşısı da var, pisi dә” - deyib sovuşdular.

Dövlәt, nizam-intizamını yaratmış, tәşkilatlanmış toplumların yaratdığı bir qurumdur vә özülü dә әdalәt üstündә olmalıdır. Әdalәtә söykәnmәyәn dövlәtin axırı tarix boyu puç olubdur vә olacaqdır.

Biz millәt olaraq yüzillәr boyu böyük imperiyalar yaratdıq, hakimiyyәtimiz altında yüzlәrlә xalqlar yaşadılar. Onların dilinә, dininә, mәdәniyyәtinә toxunmadıq, hüquqlarını daim müdafiә etdik. Osmanlı hakimiyyәtindә olarkәn nә Balkanlarda, nә Afrikada, nә dә Әrәb yarımadasında heç kәsin burnu qanadıla bilmәzdi, ancaq Osmanlının ayağı buralardan çәkilәn kimi soyqırımlar törәdildi, törәdilir, soyğunlar, qarәtlәr başını alıb getdi vә bugün dә gedir.

Bu gün Suriyadan qaçıb ölkәmizә sığınmış milyonlarla әrәb, kürd vә digәrlәri vardır. Ulu dövlәtimiz öz vәtәndaşlarına hansı hüquqları tanıyıbsa, bu insanlara da onları tanıyır, hәtta onlara daha mehriban davranır. Ancaq özgәlәri bizim kimi düşünmәyib vә düşünmür. Әrәbistanı qan gölünә vә ixtişaşlar meydançasına döndәrәnlәr başda İngiltәrә vә Fransa olmaqla Qәrbdir. İngiltәrәnin Baş naziri olmuş Winston Churchill 1936-cı ildə Avam palatasında bu sözlәri söylәmişdir:

"Bir damcı neft, bir damcı qandan daha dәyәrlidir”.


Dosta Göndər :

  

SON XƏBƏRLƏR

2021-12-03

Video

Yazarlar

MARAQLI

DÜNYA

ƏDALƏT BU GÜN
December: 04
November: 27 20 13 06 04 02
October: 30 28 26

Redaktor seçimi

FOTOREPORTAJ

GÜNÜN SİTATI

SORĞU

COVİD 19 peyvəndi vurdurmusunuz?

ÇOX OXUNAN

GÜNÜN LƏTİFƏSİ

Vasif Quliyevin kefi yuxarıdı, sanki səmalarda uçur. Aqil Abbas:

- Vasif, xeyir ola, genə göylərdə uçursan?

Vasif müləllim:

- Qağa neyniyim, "Parıament" siqareti cəkirəm, amma parlamentə düşə bilmirəm. "Prezident" yağı yeyirəm, prezident ola bilmirəm. Bircə

 "Vozdux" arağı real kömək edir, içən kimi havalarda uçuram.

ARXİV

TƏQVİM

FACEBOOK