adalet.az header logo
  • Bakı 16°C
  • USD 1.7
27 Noyabr 2020 13:49
100418
ƏDƏBİYYAT
A- A+

Bütün sevgilərin fövqündə duran Vətən, Yurd sevgisi

Şuşa şəhəri  müzəffər ordumuz tərəfindən erməni işğalından azad edilərkən ixtiyarı əlimdə olmayan bir ruhi hal sevincimə əlavə çalarlar qatdı.  Məsələ burasındadır ki, təmsilçisi olduğum nəsil ocağının uluları – babam Hüseyn bəy, qardaşları Bəhram bəy və Vahid bəy yüz il bundan əvvəl Qarabağa yönələn erməni təcavüzunün qarşısını almaq üçün Şuşa ətrafında gedən döyüşlərdə fəаl iştirak ediblər.

 

  Keşməkeşli 1920-ci il aprel ayının əvvəlində bаbаm Hüsеyn bəyin böyük qаrdаşı, pоdpolkovnik Bəhram bəy    Nəbibəyovun komandanlıq etdiyi topçu batareyası "Bakı" alayının tərkibində sıldırım qayalardan keçərək "Daşbaşı" yüksəkliyinə yaxınlaşmış və burada düşməni darmadağın etmişdir. Bu hərbi əməliyyata rəhbərlik edən general-mayor Həbib bəy Səlimov (sonralar sovet hakimiyyəti tərəfindən güllələndi) Şuşadan Bakıya - Azərbaycan Xalq Cümhuriyyətinin hərbi naziri Səməd bəy Mehmandarova göndərdiyi raportda bildirirdi ki, artilleriya, ələlxüsus Bəhram bəy Nəbibəyovun batareyası əla atırdı. Qoşunların əhval-ruhiyyəsi yüksəkdir. Yalnız Xoroşurtda 60-adək erməni əsgərinin cəsədi döyüş meydanında  qalıb.

        

Uşаq yаşlаrımdа еvimizdə аncаq nənəm аrа-sırаdа kеçmişdən söz sаlаrdı və həmişə də mənə bərk-bərk tаpşırаrdı ki, hеç yеrdə оnun söylə-diklərini dаnışmаyım. О vахtlаr nənəmin tаpşırığını qаvrаyа bilmirdim. Ахı nəyə görə, mən öz bаbаlаrımın şücаəti hаqqındа susmаlıyаm?.. Nə isə...

        

Fikirlərimə yazıçı-publisist, polkovnik-leytenant Şəmistan Nəzirlinin arxiv sənədlərinə istinad edərək "1920-ci ildə Qarabağ döyüşləri" аdlı kitаbındа göstərdiyi tаriхi fаktlаrın kiçik bir hissəsi ilə dаvаm еtmək istəyirəm:

       

  “1919-cu ilin ilk günlərində Zəngəzur erməniləri İrəvan daşnaklarının köməyi ilə qəzanı Azərbaycandan ayırıb Ararat respublikasına birləşdirmək üçün azərbaycanlıları qovur və kəndləri yandırırdılar. Üstəlik də elan eləmişdilər ki, Azərbaycan hökumətini tanımaq istəmirlər. Yanvar ayında general-mayor Cavad bəy Şıxlinskinin komandanlığı ilə əsgəri qüvvə yeridildi. Onun komandanlığı ilə piyada diviziyası bir aydan çox inadlı döyüşlər aparıb ermənilərin möhkəmləndirilmiş son sığınacağı olan Dığ kəndini də ələ keçirdilər. Zəngəzur qəzası yenidən Azərbaycan ərazisində qaldı.

        

1920-ci il martın iyirmi ikisində Novruz bayramı gecəsi ermənilər qiyam edib Əskəran keçidini zəbt etdilər. Qiyama İrəvandan gələn daşnak generalı Dro Kanyan başçılıq edirdi.

        

Nazir Səməd bəy Mehmandarovun əmrilə Əskəran cəbhəsinə qüvvə ayrıldı. Martın iyirmi üçündə Azərbaycan ordusunun əsas hissəsi - iyirmi minə qədər əsgər və zabiti cəbhəyə göndərildi. O cümlədən üçüncü Gəncə, beşinci Bakı, birinci Cavanşir, ikinci Quba polkları general-mayor Həbib bəy Səlimovun komandanlığı ilə Yuxarı Qarabağa yola düşdü. Qızğın döyüşlər on iki gün ara vermədi. Azərbaycanın cəsur əsgər və zabitləri ana torpağın hər qarışı uğrunda mərdliklə vuruşaraq Şuşa qalasına daxil oldular... Milli ordumuzun qələməsi general Səməd bəyın sevinc dolu həyəcanına səbəb olmuşdu.

       

  ...Sonuncu qələbə Milli ordumuzun ən cəsur generallarından biri Həbib bəy Səlimovun mahir komandanlığı ilə qazanılmışdı. Altmış dörd yaşlı hərbiyyə nazirini isə, əslində həyəcana gətirən və Qarabağa təbrikə aparan da general Həbib bəyin aprelin səkkizində göndərdiyi raport olmuşdu.

    

    

Cəmisi bir səhifəlik raportu dönə-dönə oxuyan nazir bir neçə yerdə işarələr qoydu, ürəyində "afərin" sözünü təkrar etdi. Səməd bəy istər general, istərsə də nazir olanda özünü həmişə sıravi əsgər, döyüşçü sanırdı. Neçə-neçə müharibənin iştirakçısı kimi o, yaxşı bilirdi ki, komandanın əsgərlərini döyüş meydanında təbrik etməsi nə deməkdir. Ona görə də müavini Əliağa Şıxlinskiyə:

      

   - Əmr hazırlayın, əvəzində nazir vəzifəsində sən qalırsan, - dedi, - mən sabah tezdən Qarabağa döyüşçüləri təbrik etməyə gedirəm. Ancaq Əliağa, bu raportda Həbib bəyin "günümüzün qəhrəmanı" deyə təriflədiyi Nəbibəyovu, nədənsə xatırlaya bilmirəm.

        

- Səməd bəy, Bəhram bəy od parçasıdır. Dörd qаrdаşdırlаr, hаmısı yüksək çinli zаbit - Vahid bəy, Bəhram bəy, Zahid bəy, Hüseyn bəy... yox, beş qаrdаşdırlаr, biri də Məmməd bəy.

      

   Nazir:

       

  - Əliağa, nə yaxşı da yadında qalıb, əhsən sənə və yaddaşına, dostum.

        

- Bilirsən, 1918-ci ilin noyabr-dekabr aylarında Tiflisdə Müsəlman korpusunu təşkil edəndə Nəbibəyov qardaşlarını orduya mən qəbul eləmişdim. Onda qərargahım Veriyski korpusunun yanındakı "London" mehmanxanasının birinci mərtəbəsində yerləşirdi. Düzü, ona görə yadımda qalıb ki, bunların çox maraqlı, dünya görüşlü ataları var. Oğlanları ilə pоdpоlkоvnik Qasım bəy özü də gəlmişdi. Türkmənistanda general Kuropatkinin qərargahında hərbi xidmətdə olub, həm də Şərq dilləri üzrə tərcüməçi işləyib. İndi istefadadır. Mirzə Fətəli Axundovun dostu olub.

        

- Demək, Bəhram bəy 1884-cü il dekabrın altısında Şəkidə bəy ailəsində anadan olub. Sonra Kutaisi realnı məktəbini və 1904-cü ildə, sentyabrın ikisində Peterburqdakı Konstantin Artilleriya məktəbini birinci dərəcəli diplomla bitirib. - Nazir dayanıb pensnesinin üstündən müavininə baxdı, fəxrlə: - Oho, nə yaxşı... bizim məktəbi bitirib ki, bir yuvadan pərvazlanmışıq... Görürsən, Əliağa, Konstantin məktəbinin artilleristlərini?..

        

- Səməd bəy, əsgər komandirinə, zabit generalına oxşamalıdır. Mən inanıram ki, polkovnik Bəhram bəy sizin layiqli davamçınızdır.

         

Raportun son cümlələri nazir Mehmandarovda xüsusi maraq oyatmışdı. General Həbib bəy Səlimov yazırdı ki, Zati-Aliniz tərəfindən yaradılan şanlı qoşunlarımız köhnə, döyüşlərdə bərkimiş hissələrə məxsus şücaətlə vuruşurdular. Döyüşün qəhrəmanları bunlar idi: şığıyaraq Daşkənd yüksəkliyini ələ keçirən qubalılar və bir neçə erməni basqınına baxmayaraq, bir an da sarsılmayan və üzərinə düşən hər mərmiyə görə dərhal cavab atəşi açan polkovnik Bəhram bəy Nəbibəyovun dördüncü dağ batareyası... - Həbib bəy kimi qoçaq generalın Nəbibəyovun haqqında göndərdiyi raport nazirə sonsuz sevinc bəxş eləmişdi

        

"Demək, Həbib bəyin raportundan belə məlum olur ki, daşnak dəli Qazarın dəstəsini bizim Dəli Bəhram bəy Nəbibəyovun batareyası mühasirəyə salıb məhv edib. Yaxşıdır, çox yaxşıdır, - deyə, öz-özünə danışan nazir polkovniklə generalın döyüş dostluğundan qürrələnirdi. - Qələbə, ancaq və ancaq, döyüş vaxtı əmr verənlə icraçının başa düşməsi sayəsində qazanılır...

        

Bu gerçək tarixi faktı xatırlatmaqda məqsədim əsla babalarımı öymək deyil, hazırda Qarabağı yağı tapdağından xilas etmək üçün aparılan vətən müharibəsində ordumuzun göstərdiyi heyrətamiz  igidliyin, şücaətin mühüm səbəblərindən birinə aydınlıq gətirməkdən ibarətdir.

       

  İstənilən xalqın genofondunda dominantlıq, yəni üstünlük təşkil edən genlər o xalqın xarakterinin formalaşmasında həlledici rol oynayır.  Xalqımızın xarakterinə xas olan cəsarət, igidlik, qorxuya üstün gəlmək kimi özəl cəhətlər məhz genofondumuzdakı dominant genlərin hesabına yaranmış və qan vasitəsi ilə sələflərdən xələflərə keçmişdir.

        

Qarabağı yağı düşmən əsarətindən qurtarmaq üçün sürdürülən bu savaş xalqımıza xas olan daha bir mənəvi dəyərin əsl sambalını ortaya qoydu. Cəmi dünyaya aydın oldu ki, bu xalqın yurd sevgisi, bütün digər sevgilərin fövqündə durur və bu sevgi naminə istənilən fədakarlığa hazırdır.

        

Yapon samurayları görəvlərindən irəli gələn fəaliyyət zamanı həyat, yaxud ölüm dilemması qarşısında qalarkən həyatı qu tükündən yüngül hesab edib ölümə üstünlük verdikləri kimi, Azərbaycan əsgərləri də Vətən, yurd sevgisi naminə öz ölümlərinə doğru şığıyırdılar.

        

Yalnız insanların deyil, yurd yerlərinin də ruha malik olduğuna dair fikir əcdadlarımız üçün dini mahiyyət kəsb edən inanca çevrilmiş və yəqin ki, bu etiqad qan vasitəsiylə ululardan indiki nəsillərə gəlib çatmışdır.

        

İslam mütəfəkkiri Əbu Osman əl Cahiz əl-Bəsri hələ orta əsrlər dönəmində yazırdı ki,  Vətən üçün əsmək, onun üçün darıxmaq, ona sevgi bəsləmək bütün insanlara aid olan duyğulardır, ancaq türkün vətən həsrəti daha şiddətli, daha güclüdür.

        

Tаriх isə sübut еdib ki, türk həmişə irаdəli və cəsаrətli sərkədələri ilə düşmənlərinə qаlib gəlib.

        

Qarabağı düşmən işğalından qurtarmaq üçün apardığımız 44 günlük Vətən müharibəsində də Аli Bаş Kоmаndаnımızlа əsgərlərimizin nümayiş etdirdiyi qeyri-adi şücaətin, fədakarlığın, qəhrəmanlığın səbəbləri yuxarıda vurğulanan mətləblərdə aranmalıdır.

        

Eşq olsun Azərbaycan Ordusuna! Eşq olsun belə gənc nəsli yetirən xalqa!

 

Murad Nəbibəyov, “Şəki bələdiyyəsi”

qəzetinin baş redaktoru