adalet.az header logo
  • Bakı 22°C
  • USD 1.7
20 Sentyabr 2021 10:05
1085
ƏDƏBİYYAT
A- A+

Əbülfət MƏDƏTOĞLU: MƏCNUN DİNİ

Sevinc  gətirən   heç  nə 
Ağlıma  gəlmir  indi...
Məni  imansız  sayma ,
Olanım  bircə  dindi -
Məcnun  dini!..

Göyə açılan  əlim,
Yerə  söykənən  dizim...
Adını  çəkən  dilim ,
İnancımızdı bizim -
Məcnun  dini!..

Tanrıdan gələn  işıq,
Tanrıya  gedən  cığır...
Məni  eyləyən aşiq,
Hər an qarşıma  çıxır -
Məcnun dini!

Hər anı  , hər  sözüylə
Müqəddəsdi  və Nuhdu!
Baxın, şair  gözüylə ,
Varlıq  və həm də ruhdu -
Məcnun dini!