SON DƏQİQƏ:

Dünyanın qara üzü: "Müəmmalı xəritələr"

  113822   |  
Şriftin ölçüsü  

Xəritələr, əslində dünyanın qaranlıq tərəfini işıqlandırmaq, üzə çıxarmaq məqsədi daşıyır, amma bəzilərinin hələ də çözülməmiş müəmmaları əksinə "Dünyanın qara üzü”nə yol aça bilir. Bu dəfə dünyanın XX əsrə qədər gizlin qalmış və təsadüfən 1929-cu ildə ortaya çıxmış xəritəsindən və onun sahibi Piri Rəis haqqında bəhs edəcəyik. Amma əvvəlcə kartoqrafın şəxsiyyətinə nəzər salaq:

Piri Rəis (əsl adı Hacı Əhməd Muhyiddin Piridir) 1465 və ya 70-ci ildə Osmanlı sultanlığının Gelibolu şəhərində doğulub. On yeddi yaşından əmisi Kamal Rəisin yanında gəmidə işləməyə başlayıb. 1487-1493-cü illərdə Aralıq dənizində əmisi ilə birlikdə piratlıq ediblər. Həmin illərdə İspaniyanın Əndəlüs Vilayətində müsəlmanlar qətliama uğrayınca hərbi gəmiləri yetərsiz olan sultan II Bəyazid türk piratlardan müsəlmanların Misirə daşınması üçün yardım istəyib. Müsəlmanları canla-başla təhlükəsiz ərazilərə daşıdıqdan sonra mükafat olaraq sultan onlara hərbi donanmaya rəhbərlik etməyi təklif edib. 1494-cü ildə Piri əmisi ilə birlikdə rəsmən donanmada xidmətə başlayıb. Bu dönəmdə Sultanlığın hərbi səfərlərində iştirak etmiş Piri Rəis sadəcə uğurlar və qənimətlərlə kifayətlənməyib, elə Aralıq dənizində piratlıq edərkən ən sevdiyi məşğuliyyətini – xəritə cizməyi davam etdirib. İlk dəfə 1513-cü ildə dünya xəritəsini hazırlayıb. Osmanlı səltənətində hakimiyyət dəyişildikdən sonra bibisi oğlu ilə birlikdə Barbaros qardaşlar adı altında yenidən sularda fərdi və azad şəkildə ağalığa başlayır. 1515-ci ildə Yavuz Sultan Səlimin hədiyyə göndərdiyi hərbi gəmi ilə geri dönərək yenidən sultanlığın donanmasına fəaliyyətini davam etdirib və Dərya bəyi (dəniz polkovniki) rütbəsini alıb. Həmin ildə cizdiyi xəritəni sultana göstərəndə "Dünya nə balacaymış!” deyən Yavuz Səlim xəritəni iki hissəyə cıraraq "Biz bu dünyanın şərq hissəsini əlimizdə saxlayacağıq” deyib. Bu səbəbdən də həmin xəritənin cırılmış hissəsi hazırda itmiş hesab olunur.

Piri Rəisin ən böyük uğurları Qanuni Sultan Süleymanın dönəmində olub, çünki həmin illər fəth dövrləriydi. Bu da öz növbəsində Dərya bəyinə yeni suları, torpaqları kəşf etməyə imkan verirdi. Nəticədə 1525-ci ildə "Kitabi-Bahriyyə”ni (Dənizlərin xəritəsi) hazırlayıb sədrəzəm Parqalı İbrahim Paşanın vasitəçiliyi ilə sultana təqdim edib. 1528-ci ildə isə daha mükəmməl və bugünkü xəritələrin hardasa eynisi olan xəritəni hazırlayıb.


Piri Rəis xəritəsi: gerçəklər və sirlər


Bəs Dərya bəyinin kartoqrafçılığının sirr pərdəsinin arxasında nələr gizlənirdi? Bütün dünyanın Xristofor Kolumbun ayağına yazdığı bu kəşfi Piri Rəis hardan əldə etmişdi? Öncə gerçəkliyə nəzər yetirək. Məsələ burasındadır ki, Amerika qitələri Piri Rəisdən öncə də kəşf olunmuşdu, bu, rəsmi sənədlərdə də keçərlidir. Bu günə qədər saxlanmış həmin xəritələr belə deməyə əsas verir. Hələ Xristofor Kolumb 1492-ci ildə Amerika sahillərinə 4 dəfə səfər edib və bəzi adaları və sahilləri kəşf etmişdi. Bizim tarixdən bildiyimizə görə, Kolumb Hindistan adıyla səfərə çıxdığından yolu azıb Amerika sahillərinə gələrək, kəşf etdiyi əraziləri Hindistan adlandırıb. Bu absurd fikir tarixin rəvayət hissəsidir, ya da "Səs salma, yatanlar ayılar” məcmuəsindəndir... Həmin dövrdə Hindistana gedən yolu ən adi tacir belə bildiyi halda, Kolumb kimi peşəkar səyyah, sularda "qaynayıb bişmiş” bir dənizçi yolu səhv sala bilərdimi? Kolumbun dünyanın təkcə Avrasiya və Afrika qitəsindən ibarət olmaması ilə bağlı xəbəri vardı. O, yola düzələndə əlində hazır kart vardı, o vaxtkı əsir piratlardan əlinə keçmişdi. Güman ki, bunu ölkəsinin rəhbərliyinə bildirib, çünki Kolumb səyahətə çıxarkən istifadə etdiyi gəmi və içinə yüklənən tonlarla ərzaq ehtiyatı belə göstərirdi. Bu ərzaqlarla, o cür gəmiylə beş dəfə Hindistana gedib-qayıtmaq olardı. Demək, gəmi ehtiyatı daha uzun və müəmmalı səfər üçün hazırlanmışdı. Sadəcə, digər güclü dövlətlərin bu barədə xəbər tutmasını istəmirdilər.

Bununla belə, Kolumbun həmin dövrlər üçün xəritəsi yox idi və ya vardısa da günümüzə gəlib çatmayıb. Amma ilk xəritə 1500-cü ildə Xuan de la Kosa tərəfindən tərtib edilib. Xəritədə Cənubi Amerikanın şərq hissəsi təsvir olunur. 


 Juan de la Cosa (1500)


Daha sonra 1502, 1505-ci illərdə də qismən təkmilləşdirilmiş xəritələr hazırlanır. 1507-ci ildə isə səyyah Ameriko Vespuççi bu ərazilərlə bağlı qeydlərini alman kartoqraf  Martin Valdsmüllerə məktubla göndərir. Xəritəni tərtib edən kartoqraf ərazini onunla bağlı cizgiləri göndərənin şərəfinə Amerika adlandırır. Həmin xəritə hələ də saxlanılmaqdadır.


Amerika isminin geçtiği ilk harita


Piri Rəisin hazırladığı xəritə bundan beş il sonraya təsadüf etsə də, daha təkmil halda işləndiyindən sonralar coğrafiyaşünasların diqqətini çəkib. Burada Cənubi Amerikanın şərq sahilləri ilə yanaşı indiki Braziliya sərhədləri də aydın göstərilir. Üstəlik, Şimali Amerika və Kanada sahilləri, Qrenlandiya adası da həmin xəritədə ilk dəfə verilib. Ona görə Piri Rəisin xəritəsi o zamanın ən yaxşısı hesab olunurdu. Rəisin 1528-ci ildə hazırladığı xəritə isə sanki təzəlikcə kartoqraflar tərəfindən hazırlanmış kimi görünür. 



Amma bəzi fərqlə: burada artıq Antarktida materiki təsvir olunub (halbuki oranın kəşfi çox sonralar – 1820-ci ilə aid edilir). Amma xəritənin başqa versiyasında qitənin yarısı buzlaq, yarısı isə yaşıllıqdır, həm də bir ucu Cənubi Amerikaya bağlıdır. Sirlər də elə burdan başlayır. Məgər Antarktida beş əsr bundan öncə yaşanılacaq vəziyyətdə olub? Axı oranın buzlaqları öyrənilib və materikin altı min il bundan qabaq donduğu təsdiqlənib. Lap ilini bir az da azaldaq, amma yenə də beş yüz il eləmir?! Elə isə Piri Rəis niyə o ərazini yaşıl göstərib? Yanlışlıqla olub, ya bildiyi nəsə başqa şey vardı? Bax bunu hələ ki bilməyəcəyik, amma ehtimallar var. Belə ki, yuxarıda qeyd etdiyimiz kimi, Piri əmisi ilə birlikdə müsəlmanları Əndəlüsdən Misirə daşıyanda, pirat şakəri dinc durmur və qənimət istəyir. Əvəzində Misirin yanmış İsgəndəriyyə kitabxanasının qalıqlarını əldə edir. Burada qismən qorunmuş bəzi sənədlər tapır ki, onların da içində dünya xəritəsi olur. Makedoniyalı İskəndərin zamanında mümkündür ki, Antarktida yaşıl materik olsun. Piri bu xəritənin üzünü köçürməklə burda yanlışlığa yol vermiş olub, yəni özünü ifşa edib. Amma belə olmaya da bilər: bəzilər Piri Rəisin Atlantidanı göstərdiyini iddia edirlər. Vaxtilə mövcud olmuş, sonra su altına gömülmüş nəhəng materik. Bəs Dərya bəyi bunu necə görmüşdü. "Dünyanın qara üzü” rubrikamızın əvvəlki buraxılışlarında ilğımlar barədə xəbər vermişdik (Ətraflı, Dünyanın qara üzü: Keçmişdən görüntülər). İlğımlar çox zaman mövcud olmuş və qeyb olmuş ərazilərə güzgü tutaraq dəfələrlə onları dənizçilərə, bəzən sıravi yolçulara da göstəriblər. Güman olunur ki, Pəis Cənubi Amerika ilə Antarktida arasında bu materiki ilğım vasitəsilə görüb, ya da elə onu da İsgəndərin xəritəsindən köçürüb.

Belə iddia da var ki, Piri Rəis bu xəritəni astaral səyahətlə hazılayıb, yəni ruhun bədəndən ayrılıb gəzməsi ilə. Amma skeptiklər bu fərziyyəni danırlar. Çünki Rəisin xəritəsi paranormal vəziyyətdə yazılacaq qədər qüsursuz deyildi. Məsələn, Virciniya adaları səhvən iki dəfə göstərilmişdi. Belə bir iddianın yaranmasında Rəisin özünün də xidməti var. Belə ki, o, qeydlərinin birində bu xəritənin antik bir xəritə əsasında yarandığını etiraf edir. Amma onu da əlavə edir ki, dənizçiliyin, xəritəçiliyin inkişaf etmədiyi dövrdə həmin xəritəni quşların dilini bilən Süleyman Peyğəmbər üçün ruhlar, cinlər, hətta küləklər hazırlayıb.

Həə, məsələ burda bir az qəlizləşir. Düzdü, belə inanclardan uzaq olan şəkkakların hazırda dodağı qaça bilər. Amma bu nüansa diqqət. Əvvəla müasir mütəxəssilər də bildirirlər ki, Antaktida çox dəqiq relyeflə verilib. Bunu yalnız kosmosdan çəkib göstərmək olar. Bildiyimiz qədərilə, kosmosa ilk uçan insan Piri Rəis olmayıb... Bəs bu dəqiq xətləri, meridianları, dağlıq, sahil əraziləri kim çəkib? Axı Rəis özü də gedə bilməzdi? Əmmaməylə, əbayla buzlaqlarda necə tədqiqat aparacaqdı? Üstəlik, Antarktida və Qrenlandiyanın XX əsrdə helikopter vasitəsilə öyrənilmiş ən uca dağ zirvələri də xəritədə yer alıb...

Yenə də digər rubrikamız olan "Sirli ədəbiyyat”dan xatırlayırsızsa, dəniz quldurlarından və onların müəmmalı xəzinələrindən danışmışdıq. Məsələ burasındadır ki, məhz bütün xəzinələrin gizli xəritəsinin məhz Piri Rəis tərəfindən tərtib olunduğu bildirilir. Bunu həm də rus və amerikalı mütəxəssislər iddia edirlər. Və həmin xəritənin bilərəkdən Türkiyə tərəfindən üzə çıxarılmadığını deyirlər. Bu məlumatlar Rəisdə hardan idi? Onlardan biri – məşhur pirat Qarasaqqalın xəzinəsinin ən yaxın dostu, arvadı bilmədiyi halda Osmanlı admiralı bunu necə bilirdi? Bu da son deyil: dünyanın ən qəribə və ən ağlasızmaz bəzi xəritələrini də ruslar məhz Piri Rəisin adına yazırlar. Bu, az öncə qeyd etdiyimiz ilğımlar vasitəsilə görünən sirli aləmlərin xəritəsidir. Bu məsələdə skeptiklər də susurlar, şəkk gətirmirlər. Sadəcə, başqa cür izah edirlər: anomal zonaların daha sıx olduğu ərazilərin xəritəsi. Ola bilər ki, Rəis mütəmadi və çoxsaylı səyahətləri zamanı belə anomal ərazilərə rast gəlib və onların harada daha çox müşahidə olunduğunu qeydə alıb. Hələ üzə çıxarılmamış bu xəritələri niyə gizlədirlər? Güman ki, nə vaxtsa bu sirlər də üzə çıxacaq. Amma sirr olmayan budur ki, Osmanli imperiyası üçün, ümumilikdə bəşəriyyət üçün bu qədər fayda vermiş bir peşəkar səyyah, hərbçi, kartoqraf müdrik çağında – 86 yaşında qəsdən dövlətə xəyanətdə, itaətsizlikdə ittiham edilib və Qanuni Sultan Süleymanın əmri ilə boynu vurularaq edam edilib. 


Şəfiqə ŞƏFA


Dosta Göndər :

  

SON XƏBƏRLƏR

2021-10-22

Video

Yazarlar

MARAQLI

DÜNYA

ƏDALƏT BU GÜN
October: 23 21 19 16 14 12 09 07 05 02

Redaktor seçimi

FOTOREPORTAJ

GÜNÜN SİTATI

SORĞU

COVİD 19 peyvəndi vurdurmusunuz?

ÇOX OXUNAN

GÜNÜN LƏTİFƏSİ

Vasif Quliyevin kefi yuxarıdı, sanki səmalarda uçur. Aqil Abbas:

- Vasif, xeyir ola, genə göylərdə uçursan?

Vasif müləllim:

- Qağa neyniyim, "Parıament" siqareti cəkirəm, amma parlamentə düşə bilmirəm. "Prezident" yağı yeyirəm, prezident ola bilmirəm. Bircə

 "Vozdux" arağı real kömək edir, içən kimi havalarda uçuram.

ARXİV

TƏQVİM

FACEBOOK