adalet.az header logo
  • Bakı 22°C
  • USD 1.7
09 Mart 2018 12:38
224576
RUBRİKA

"Nizami Gəncəvi 14 şairi öldürdü...” - YUXU QAPISI

Yuxu həyatın tərsüzüdür. Bizim hər gün rastlaşdığımız insanların, hadisələrin o üzü. Buradazaman yoxdur. Şüurumuzun qaranlıq guşələrinə düşən bir qırıq işıqdır yuxu. Oişığın içində tez-tez xatırladığımız, unuda bilmədiyimiz, hər gün düşüncəmizinküçələrində əli cibində veyil-veyil dolaşan adamlar yaşayır. Yuxudakı xatirələr,düşüncələr, əzablar, sevgilər, xəyallar, ümidlər bizim o biri dünyamızın sakinləridir.Yuxu bizi sarsıda da bilər, sevindirə də. Bəzən beynimizin içində eynən çölboyu yüyürən atlar sayaq insanların xatirələrinin axını olur. Bu kütləvi axınıbizə yuxular göstərir, qırıq-qırıq, zəif ssenaridə, montajı olmayan film kimi.Məşhur psixoanaliz Ziqmund Froyd yuxular haqqında "Yuxuların yozumu"kitabını yazmışdır. Froyda görə, yuxular bizim şüurumuzda mövcud olan həyatımızdır.

"Yuxu qapısı” rubrikasının bu dəfəki qonağı şairAqşin Evrəndir. Adalet.az müsahibəni təqdim edir.


- Froyda görə, yuxu mənasız birşey deyil, sıxışdırılmış arzuların təhrif olunmuş, pərdələnmiş şəkildə gerçəkləşməsidir. Sizinfikriniz necədir?

-Yuxu təkcə arzuların yox, həm də gündəlik ağlımıza gələn müxtəlif hadisələrin,beynimizdən keçən kadrların toplusudur. Biz bəzən real həyatda fikirləşməkdənqaçdığımız şeyləri yuxuda aydınlığı ilə görürük. Yəni ikinci bir həyatyaşayırıq. Yatmış bir insan yarıölmüş, yəni həyatla əlaqəsini kəsmiş bir insandeməkdir. Bizim o biri dünyamızda – yuxu həyatımızda ailəmiz, qohumlarımız,sevdiyimiz qadın, qazandığımız uğurlar var. Məncə, biz yuxu dünyasında yaşasaq,daha xoşbəxt olarıq. Çünki yuxunun faciəsindən oyanmaq olur, həyatın isə yox.


- Yuxularınız həyatınıza necə təsirgöstərir, yəni gördüyünüz yuxuya görə planlarınızı qurursunuz?

-Heç bir təsiri olmur, çünki mistik qatlarla çox oynayan insan deyiləm. Mənimüçün hər şeyin psixoloji alt qatı var. İstənilən problemi, xaosu altşüurumdaanaliz edib, doğru səbəb və nəticə tapmağa çalışıram. Yuxuların bizim real həyatımızlahansısa bağlantısı olmasına inanmıram. Bu, önündən qara pişik keçən adamınyoldan qayıdıb həkimə getməməsi və yıxılıb evdə can verməsi kimi gülünc prosesəbənzəyir.


- Hansıdoğmanızı daha çox yuxuda görürsünüz?

-Çox nadir hallarda yuxu görürəm. Doğmalarımı isə real həyatda da, yuxuda da çoxgec-gec görürəm. Son aylarda Mövlud tez-tez yuxuma girir. Həmişə də gülür.Sonuncu dəfə isə Mövludun yalnız gülüşünü gördüm.


- Yuxudan sonra onun yozumlarıhaqda baş sındırırsız?

-Bu yaxınlarda Səməd Vurğun yuxuda mobil telefonuma zəng eləmişdi. Mənə dedi ki,Yusifi (oğlu Yusif Səmədoğlunu nəzərdə tutur – red.) içməyə qoyma, özün də ordaçox qalma, çıx gəl. Səsi çox ağrılı idi. Çox pis oldum, onu bağrıma basıb təskinlikvermək istədim. Bu yuxunu status kimi yazmışdım, adını unutduğum bir xanım yuxunuyozmuşdu: mənim psixoloji durumum, mənəvi vəziyyətim haqda dediklərinin çoxu düz idi. Yənionun yozumu doğru idi. Amma özüm heç vaxt yuxu yozmamışam.


- Yuxularınmistik hadisə olduğuna inanırsınızmı?

- Ümumiyyətlə, həyatda heç bir mistik prosesinolduğuna inanmıram. Yuxu qeyri-ixtiyari xəyal qurmaqdır.


- Gördüyünüzyuxular çin olurmu, ya da əksinə?

-Çox vaxt futbolla bağlı gördüyüm yuxular əksinə çıxır. Tutaq ki, yuxuda komandanın4-1 uduzduğunu görürəmsə, səhəri gün həmin oyunu 4-1 udur. Bunu bir dostumadanışdım, dedi, belə yuxu görəndə hesabı yadında saxla, səhər tez gedim Topazda"şot” yazım. (gülür) Ümumilikdə isə yuxularımın heç vaxt reallaşmasını istəmərəm.


-Həyatınızda gördüyünüz ən yadda qalan və ən gözəl yuxu hansılardır?

-Haradasa 13-14 il əvvəl yuxuda gördüm ki, qar təpəqələrinin arasında uçuram.Uçuşun möhtəşəm qoxusu var idi. Bu "qarda uçuş” un təsirindən uzun müddət çıxabilməmişdim. O yuxu məndə unudulmaz təəssürat buraxıb.


- Yunan filosofu Heraklit yuxuhaqda məşhur bir sözü var: " Oyanıq olan insanlar üçün tək bir dünya vardır.Yuxuda olanların isə hər birinin ayrı bir aləmi vardır, onun içində heyfırlanırlar”. Siz necə fikirləşirsiniz?

- Hər bir yuxu ayrı bir həyatdır.Biz bu həyatı – yuxunu avantaja çevirə bilərikmi? – bax bu sual üzərinəciddi-ciddi düşünmək lazımdır. Əgər yuxularımızı idarə etməyin yolunu tapsaq, bizçox rəngarəng bir ömür yaşamış olarıq və bəlkə də bir çox suallarımıza cavabtapa bilərik.


- Dahiyazıçılardan, rəssamlardan, filosoflardan kimləri yuxunuzda görmüsünüz?

- Bir dəfə Şeyx Nizami Gəncəvini yuxuda görmüşdüm.Yuxuda 12-ci əsrə getmişdim. Nizami şam işığında əsər yazırdı. Çölə çıxıbgördüm ki, guya 14 şairi öldürüb küçənin ortasına düzüblər. Hamı təşviş içindəidi. Bir qadın qışqıraraq soruşurdu ki, bunu kim eləyib? Sonra Nizami Gəncəviçıxıb "mən öldürmüşəm” deyib əlini çiynimə qoydu, gülümsədi. Bu, ağlasığmaz yuxuolmasına rəğmən, nəhəng Nizamini yuxuda görmək möhtəşəm hiss idi.


- Sizə görəyuxularımız həqiqətə çatdırır bizi?

-Müəyyən mənada yuxular bizə bəzi seçimlərin və hadisələrin hansı nəticələrə səbəbolmasını göstərir. Birmənalı şəkildə həqiqətə çatmaq isə mümkünsüzdür. Biz əvvəlcə"çatmağı” bir anlayış olaraq çözməliyik. Ümumiyyətlə, çatmaq deyilən bir şeyvarmı? Çatmaq bir şeyin yanındamı, səthindəmi, yoxsa içindəmi olmaqdır? Bəşəriyyəthəqiqətdən milyard işıq ili qədər uzaqdadır... və Orada – biz insanlardan asılıolmayan əbədi bir dünya var: o dünyanı öyrənmək azadlıq kimi cəlbedicidir.