POLKOVNİK RAMİZ ƏMİ

MAHİR QABİLOĞLU
46095 | 2018-04-03 11:28

Bu yazımda söhbət şair Ramiz Duyğundan getməyəcək.Yəqin ki, sərlövhədən siz də bunu duydunuz. Kim şair Ramiz Duyğunu tanımaq istəyirsə(əgər bu günə qədər tanımayıbsa) imkanları genişdir. İnternet resurslar,kitabxanalar yolunu gözləyir. Amma əvvəldə onu da qeyd etmək istəyirəm ki,sovet dövrü, elə indi də çox az adam tapılar ki, şair Ramiz Duyğunu və yapolkovnik Ramiz Məlikovu tanımasın. Çünki o, Azərbaycanda yeganə olan dövlətteleviziyamızda "Hünər” verilişinin aparıcısıydı. Həm də Nəriman Nərimanov adına Tibbİnstitutunun Hərbi kafedrasının müəllimi və şöbə müdiri.

Mən isə ilk dəfə onu Xəlil Rzagildə görmüşəm. Ocümlədən aktyor, qiraət ustası Mikayıl Mirzəyevi, böyük xanəndəmiz XanŞuşinskini və digərlərini. Onlara "əmi” deyə müraciət etmişəm. Bu "əmi” sözüXan Şuşinskiyə edilən "Xan əmi” müraciətinin "əmi”sindən deyildi. Xəlil əmininoğlanları Təbriz və Rza, Ramiz əminin oğlu Qəlbi, Mikayıl əminin oğlu Mətinləeyni yaşda idik. Atalarımız sağlıq deyib, yeyib-içirdilər, biz isə dar məkandabir yer tapıb oynayırdıq. Xəlil Rza, Mikayıl Mirzə və Ramiz Duyğunun nitqindəbir eynilik, xüsusi pafos vardı. 90-cı illərdə keçirilən mitinqlərdə başadüşdüm ki, bu, hələ sovet vaxtı azadlığa, açıq sözə köklənən insanların içindəqaynayan, asta-asta püskürən vulkan imiş. Ramiz əmi "Hünər” verilişini aparandabu pafosu qoruyub saxlayırdı. Axı qəhrəman Azərbaycan övladlarından danışırdı.Axı biz yeniyetmələri, gəncləri gələcək qəhrəmanlıqlara hazırlayırdı. İçimizdənisə bircə Təbriz Xəlilbəyli Azərbaycanın Milli Qəhrəmanı oldu.

Amma mən Ramiz əmini sonralar çox yaxından tanıdım.Bu "Ramiz əmi” müraciətimin qabağına bir "polkovnik” sözü də artırmaqla. Yazınıyazmağıma isə bir xoşagəlməz hadisə səbəb oldu. Elə isə başladıq.

SƏBƏB

Uşaqlıqdan iki şeyə pul verəndə yanıb-tökülürəm:biri qəzetdir, o biri də siqaret. Niyə? Niyəsini açıqlamayacağam. Çünkimövzudan uzaq qaçaram.

Bu yaxınlarda "Ədəbiyyat qəzeti” atam Qabilin 7cildlik külliyatı barədə yazı vermişdi. Mənə zəng edib xəbər verdilər ki, bəsyazı çıxıb. Minnətdarlığımı bildirdim. Amma şeytan məni yoldan çıxarıb qəzetköşkünə sürüklədi və əlim əsə-əsə 40 qəpik verib "Ədəbiyyat qəzeti” aldım. Sadəcəbaşlıqda üç səhv görüb, qapatdım. Qəzeti bürmələyib zibil yeşiyinə atmaq istəyirdimki... birdən 40 qəpik yadıma düşdü. Fikirləşdim ki, heyifdir. Axı pul vermişəm.Yaxşısı budur, atım maşına. Bağa gedəndə samovarı, ya da manqalı alovlandırmağayardımçı olar. Xülasə, qəzeti maşına qoyub qalxdım evə.

Üstündən iki gün keçmişdi. Həyat yoldaşım Sevincləbağa gedirdik. Maşının arxa qapısını açanda qəzeti gördü:

A, "Ədəbiyyat qəzeti”? Nə gözəl, – deyə sevindi.

Yox, sevinmədi. Nostalji hisslərdən kövrəldi. Çünkiqaynatası Qabil hər cümə günü "Ədəbiyyat qəzeti” almağı ona tapşırırdı. O daüç-dörd köşkü gəzib, qəzeti tapandan sonra sevinə-sevinə, həm də deyinə-deyinəgeri qayıdırdı. O günlər yadına düşmüşdü deyəsən.

Yadıma sal, saraya atım. Yayda lazım olacaq samovarqaynatmağa. Bir dənə yazı buraxıblar. Başlığında üç dənə səhv.

Həyətdən çıxdıq. Sevinc başladı qəzeti varaqlamağa.Bu xoşuma gəlməsə də dinmədim.

Nəyi pisdir ki, ay Mahir, papanın kitablarıhaqqında bir səhifə yazı veriblər də... Yenə sağ olsunlar ki, yada salıblar. Oqədər ölülər var ki... Lap elə dirilər var ki, heç yada salmırlar.

Dinmədim. Demədim ki, Fikrət əmidən (Fikrət Qoca)xahiş etmişəm, o da baş redaktora göstəriş verib. Sevinc isə qəzetivaraqlamağında idi. Xışıltısı əsəb tellərimə toxunsa da dinmirdim. Dinsəydim,"bu da atası kimi "Bəyim, qəzeti xışıldatma. Əsəblərimə toxunur”” deyəcəkdi.Burdən:

Mahir, xəbərin var? Ramiz müəllimin 80 illiyi qeydolunacaq Natəvan klubunda. Get, hökmən iştirak elə. Hədiyyəsini də apararsan...

Üç nöqtəni elə-belə qoymadım. Çünki, hədiyyənin nədənibarət olmasını yazmadım. Yazımı hədiyyəylə bitirəcəyəm. Yəqin ki, söhbətinhansısa bahalı soroçkadan, fransız odekolonundan getdiyini xəyalınıza gətirdiniz.

Sevincin bu cür can-fəşanlığını əvvəlcə başa düşmədim.Ad günü-toy adı gələndə qaynanası kimi deyinməyə adət edən Sevinc, niyə bu dəfətəkidlə, bir az da amiranə şəkildə "Get, hökmən iştirak elə” dedi. Heç əlavə dəetmədi ki, "atovun dostu, həmpiyaləsi, qələm yoldaşı olub. Aton yoxdu, sən onu əvəzetməlisən”. Amma birdən Sevincin dilindən çıxan "müəllim” müraciəti yadımadüşdü. Bu sadəcə hörmət əlaməti olan müraciət deyildi. Ramiz Məlikov həqiqətəndə Sevincin müəllimi olmuşdu – ali məktəb müəllimi. Yaxşılığı keçmişdi ona.Yaxşılıq isə heç vaxt unudulmur. Baxmayaraq ki, bu yaxşılıqdan Ramiz Məlikovçoxlarına edib – bir müəllim kimi. Bəs mənə necə, Ramiz əminin yaxşılığı dəyməyibmi?Xatirə xatirəni gətirər.

Gedərəm, Sevinc, hökmən gedərəm. Lap çıxış da edərəm.

Deməyə sözün var?

Var.

Yubiley mərasiminə getdim. Çıxış etdim. Hədiyyəmi təqdimetdim. Amma "Deyilən söz yadigardır” ifadəsi bu gün əhəmiyyətini itirib. Deyilənsözü– məclislərdə deyilən şair, aşıq, aqil sözünü – kimsə kağıza köçürüb gələcəknəsillərə ötürürdü. İndi o ədəb-ərkan qalmayıb. Yazsalar da plagiatlıq edib özadlarından sırıya bilərlər camaata. İndi ancaq və ancaq "yazılan sözyadigardır” kəlamı dəbdədir. Özü də ki, qəzetdə, jurnalda, kitabda çap eləmək şərtiylə.Elə isə başladıq.

BİRİNCİXATİRƏ

Sergey Mironoviç Kirov adına Azərbaycan DövlətUniversitetinin 2-ci kursunda oxuyurdum. Bu təhsil ocağında isə bir qəlizkafedra vardı. O da Hərbi hazırlıq kafedrasıydı. 5-ci kursun sonunda ehtiyatdaolan zabit-leytenant rütbəsi verdiyinə görə qiyməti ikiqat qiymətliydi. Təhsilrus dilində idi. Müəllimlərimizin, xüsusilə də dekanımız Ağamusa Axundovun bukafedradan zəhləsi gedirdi. Ordan tələbələrin adına gələn hər hansı yazılışikayəti kənara tullayırdı. Nizam-intizamı pozan tələbəni heç ağızucudanlamırdı da... Çünki özü və tələbədostları onlardan çox pislik görmüşdülər.

Nə başınızı ağrıdım, günlərin bir günü mənim dəişim düşdü bu kafedraya. Nizam-intizamlıydım. Amma suallara da cavab verməliydim.Bu isə çox çətin məsələydi. Əsgərliyə getdiyimdən imtahanı tez verməli oldum. Mənimkimilərüçün xüsusi bir gün təyin etdilər. Bu dəm tələbə dostlarımdan biri mənəyaxınlaşdı:

Mahir, biz pul yığmışıq. İstəyirsən sən də qoşul, –deyə yaxşılıq əlini mənə uzatdı.

Nə qədər?

"3” istəyirsənsə 25 rubl, "4” üçün 50 rubl, "5”üçün 100 rubl, – deyə tələbə yoldaşım qiymət cədvəlini açıqladı.

Heç nə cavab vermədim. Düzü, birinci dəfəydi ki,belə halla rastlaşırdım. Universitetdə hansısa müəllim haqqında bu cür söhbəteşitməmişdim. Amma dəstədən geri qalmamalıydım. Tutaq ki, bu təklifə razıyam. Bəspulu hardan tapım? Atama yaxınlaşdım. Nə "hə” dedi, nə də "yox”. Sadəcə, "tələbədostun səni aldadır. Get imtahanına hazırlaş” dedi. Bir tapşırıq-kömək əlini dəuzatmadı. Çünki Hərbi kafedrada dostu-tanışı yox idi. Mən isə onun sözünüqulaqardına vurub, 40 manatlıq stipendiyamdan 25 rubl ayırıb verdim tələbəyoldaşıma. İmtahan oldu. Kəsildim. Tələbə yoldaşım bildi. Çox həyəcanlandı. Heçnə demədim ona. Tez qaçdım hara? Əlbəttə ki, yenə atamın üstünə. Başını buladı.Danlamadı. Axı əsgər gedəcəkdim... "Mən bu sistemdə bircə Ramiz Duyğunutanıyıram. Qoy onunla məsləhətləşim” deyib, telefonun dəstəyini götürdü. Hal-əhvaldansonra olanları ona dedi. Sağollaşdı. Ertəsi günü maşını qarajdan çıxartdı.Gedib Ramiz əmini öz kafedrasının qabağından götürdük. Gəldik ADU-nun Hərbikafedrasına. Qabaqda mən bələdçilik edirdim. Arxada atamla Ramiz əmi gəlirdi – polkovnikhərbi formasında. Hərbi geyim ona çox yaraşırdı. İçəri girdim. İmtahan götürənrus podpolkovnik müəllim məni gördü. Yaman əsəbi idi. Başladı üstümə qışqırmağaki, "bəs hardasan. Dünəndən səni axtarırıq. Niyə təkrar imtahana gecikmisən?”Gözləri az qalırdı ki, hədəqəsindən çıxsın. Deyəsən, haqqını vaxtındaçatdırmayan, "Mahirdir də... şəhər uşağıdır, rus dilini də bizdən yaxşı bilir,bir təhər "üç”ünü alar, 25-lik də mənə qalar” deyə fikirləşən tələbə dostum,pulu yiyəsinə çatdırmışdı. Amma artıq gec idi. Müəllimsə qışqırırdı. Bu dəm arxadangüclü bir səs eçitdim:

Çto tı oryoş kak ne dorezannaya svinya! (yaralanmışdonuz kimi nə qışqırırsan!)

Bu, Ramiz əminin səsiydi. Rus podpolkovnikin səsiqırıldı. Bu dəm arxada polkovnik Zaur Rzayev göründü. Zaur müəllim ovaxtlar Hərbikafedranın rəis müaviniydi. Müstəqillik dövründə briqada komandiri,general-mayor rütbəsinəcən yüksəldi. Əsgərliyimiz oğlu Səyavuşla bir keçdi.

Zaur müəllim pillələri enib Ramiz müəllimləgörüşdü. Sonra atamla. Onları kabinetinə apardı. Mən də imtahan otağına keçdim.Başqa müəllim götürdü imtahanı. Sorğu-sualsız "4” yazdılar. Ordan çıxanda tələbəyoldaşım yaxınlaşıb 25 rublımı qaytardı.

İKİNCİXATİRƏ

Üstündən illər keçdi. Əsgərliyimi də bitirdim, aliməktəbi də. Leytenant rütbəsini də aldım. Ailəliydim. Böyük qızım Suğra doğulduğundanhəyat yoldaşım Sevinc Tibb institutundakıson iki imtahanını verə bilməmişdi. O vaxtlar Universitetdə yalnızoğlanlar ali hərbi rütbə alırdılar. Amma Tibb institutunda oğlanlar da, qızlarda eyni səviyyədə hərbi dərs keçir, hərbi həkim ixtisasına və leytenant rütbəsinəlayiq görülürdülər. Bu institutda da hərbi dərslər rusca keçilirdi. Təkrarlamaqistəməzdim. Eyni çətinliklər burda da vardı. Atamın ümid yeri bu dəfə də Ramiz əmiidi. Yoldşımın diliylə desək – Ramiz müəllim. Kafedranın qapısında qarşıladıbizi. Kabinetinə apardı. Elə ordaca imtahanı götürdü. Və "5” yazdı. Sevinc ovaxt "İmamverdiyeva” familiyasını daşıyırdı.

ÜÇÜNCÜXATİRƏ

Müstəqillik dövrü idi. Artıq Milli ordumuzyaranırdı. Müdafiə nazirliyimiz vardı. Amma sovet ordusundan qalan ruslar davardı milli ordumuzda. Əsasən də hərbi komissarlıqlarda.

Torpaqlarımız işğal olunmamışdı. Özünümüdafiə dəstələri,xüsusilə də OMON erməniləri vahimə içində saxlayırdı. Ordu quruculuğu çox lənggedirdi. Bu vaxt mənə povestka – çağırış vərəqəsi gəldi. Getdim hərbikomissarlığa. Ailəliydim. İki uşağım vardı. Evin də yeganə övladıydım. Hərbixidmətimi də çəkmişdim. Qanunla ixtiyarları yox idi çağırmağa. Iki lqotumvardı. Amma ki, çağırışa da əməl etməliydim. Qapını döyüb içəri girdim. Bir rusmayoru idi. Sorğu-sualsız hərbi biletimi və pasportumu istədi. Verdim. İçinə dəbaxmadan tez seyfi açıb qoydu ora. Sonra qonşu otaqdan bir rus podpolkovnikiçağırdı. Və başladılar mənimlə rusca söhbətə:

Nu, İmamverdiyev, səni əsgərliyə çağırırıq.

İxtiyarınız yoxdur, – deyə qanunun tələblərinisadaladım.

Səni leytenent, ehtiyatda olan zabit kimiçağırırıq, – deyə əks arqument qoydu qabağıma.

Bir an fikrə getdim. Bu, ya zbor şəklindəolmalıydı, yəni müddətli. Ya da ki, özümkönüllü qol çəkib 25 illik xidmətə getməliydim. Zbora razılaşmaq istədim. Çünkiişsiz idim. Zabitə isə maaş verilirdi, imtiyazları vardı. Sonda da bir rütbəyuxarı verməliydilər. Ağzımı açmaq istəyirdim ki, soruşum harda, maaş nə qədər...polkovnik dilləndi:

Yaxşı, görürəm əsgər getmək istəmirsən. Özü də ki,ailən var, iki uşaq, atan-anan pensioner. Get 2000 rubl gətir, – deyə möhləthüquqlarımı sadalayıb baxışlarını üzümə dikdi.

Pul yoxdur!

Ağlıma başqa cavab gəlmədi. Çünki həqiqətən də pul yoxidi. Pis zəmanəyə gəlib çıxmışdıq. Lap olsaydı da, çətin ki, Qabil rüşvətə razıolardı. Karıxdığımı görüb, o biri mayor irəli keçib, əlini çiynimə qoydu vəqapıya tərəf yola sala-sala:

Vsyo, İmamverdiyev, danışdıq. 1000 rubl gətir,pasportunu və hərbi biletini apar, – dedi.

Otaqdan çıxdım. Qalmışdım çıxılmaz vəziyyətdə. 65nömrəli avtobusa minib gəldim atamın yanına. Hal-qaziyyəni danışdım. Atamsa"Ramiz Müdafiə nazirliyində işləyir. Qoy ona zəng edim, görək nə məsləhətbilir” dedi. Atam Ramiz əmiylə danışdı. Amma olanları telefonla demədi. Ramiz əmiməni yeni iş yerinə çağırdı. O vaxtlar nazirlik Şəhriyar adına klubda yerləşirdi.İkinci mərtəbəyə qalxdım. Otağa girdim. Ramiz əmiylə görüşdüm. Ayrıca kabinetdeyildi. Otaqda yüksək çinli digər zabitlər də vardı. Onları tanımırdım. Ramiz əmiməni onlara da təqdim etdi – "Qabilimizin oğludur” deyə. Mənimdanışacaqlarımdan xəbəri yox idi. Və mən hamının yanında olanları dedim.Danışıb-qurtarandan sonra otaqda canlanma başlandı. Ramiz əmi isə çox sakitidi. Heç bir reaksiya vermirdi. Seyrçi mövqe tutmuşdu. Anlamırdım bunu. Otağadaha iki nəfər gəldi. Biri general idi, o biri polkovnik. Təklifləri isə mənimçünçox gözlənilməz oldu:

Bu rus ofiserlər lap ağını ediblər. Bizə orduquruculuğunda kömək etməkdən, rüşvətxorluqla məşğuldurlar. Ona görə də, Mahir,sənə 1000 rubl veririk, aparıb verirsən onlara, sənədlərini də geri götürürsən.Bildin?

Düzü, birinci anlamadım dediklərini. Amma 10yaşında rüşvət məsələsiylə bağlı yaxın bir adamımızın məhkəmə prosesinin izləyicisikimi başa düşdüm ki, bu 1000 rubl xüsusi hazırlanmış, nömrələnmiş, yaxud daxüsusi məhlula salınmış pullardır. Zabitləri ifşa edib, mənim əlimlə tutdurmaqistəyirlər. "Yox” cavabı verdim. Zabitlər pərt oldular. Ramiz əmi gülümsəyərəkqoluma girib məni otaqdan çıxartdı. Dəhlizdə gözləməyimi deyib, yenidən otağagirdi. İki dəqiqədən sonra yenidən dəhlizəçıxıb "atana zəng etdik. İndi gəlir. Gözlə” deyib yenidən otağa keçdi. İyirmi dəqiqədənsonra atam gəldi. İçəridən müxtəlif səslər gəlirdi. Bircə atamın "yox” sözünüsezirdim. Beləcə, yarım saatlıq "müzakirə” başa çatdı. Ramiz əmi atamın qolunagirib pilləkanları düşürdüb qapıyacan yola saldı. Özü də ki, üzündə xoş təbəssümvardı. Atamın bu qısa zaman kəsiyində işlətdiyi bircə ifadə yadımda qalıb. Yəqinki, Ramiz əminin də məmnunluğunun əsas səbəbi elə bu ifadə idi: "Bizim nəsildəişvərən olmayıb”. Sağollaşıb küçəyə çıxdıq. Atam dedi ki, get evə. Amma səhərtezdən gəl maşını çıxar, bir yerdə gedəcəyik hərbi komissarlığa. Səhər vədələşdiyimizkimi həyətdəydim. Maşına minib gəldik Müdafiə nazirliyinə. Ramiz əmi qapıdabizi gözləyirdi. Birlikdə gəldik komissarlığa. Atamı maşından düşməyə qoymadı.Mən qabaqda bir bələdçi kimi gedirdim. Arxada da polkovnik Ramiz əmi. Otağagirdik. Bir kəlmə də söz demədi. O vaxt Hərbi kafedrada işlətdiyi jarqon ifadələrindəndə istifadə etmədi. Rus mayor onu görən kimi ayağa durdu, farağat dayandı.Ramiz əmi yenə də dinmədi. Rus mayor açarı götürüb seyfi açdı. Pasportumu və hərbibiletimi özümə qaytardı. Ramiz əmiyə baxdım. Yenə heç nə demədi. Qapıya tərəfgedib otaqdan çıxdı. Vəssalam.

HƏDİYYƏVƏ SON

İlk dəfəydi ki, qəzet almağıma peşman olmamışdım.Çünki "Ədəbiyyat qəzeti”ni almasaydım, Polkovnik Ramiz əminin yubileyindən xəbərdarolmayacaqdım. Yubileydə iştirak etməsəydim bu xatirə-yazım da eləcə "sandıq”daqalıb korşalacaqdı.

Yubiley-mərasiminə vaxtından əvvəl gəldim. Əlimdəkihədiyyəni stolun altında qoyub, başı təbriklərə qarışan 80 yaşlı yubilyarayaxınlaşdım. Mülki formada idi. Onu həmişə hərbi formada görmüşdüm. Növbə mənəçatanda qucaqlayıb öpdü. Birinci sualı isə bu oldu:

Oğul, atanın 7 cildlik külliyyatını çap edib başaçatdıra bildinmi?

Bəli, Ramiz əmi.

Halal olsun!

Hardan xəbər tutmuşdu? Axı biz Ramiz müəllimlə indihəm də Feysbuk dostuyuq.

Yubiley başlandı. Fikrət Qoca, Südeyf İmamverdiyev,Paşa Qəlbinur və başqaları təbrik etdi. Gözəl aparıcılıq edən Azadə xanımdan çıxışüçün icazə istədim. Reqlamenti pozmaq şərtiylə. Sağolsun ki, razılaşdı. Və indiqələmə aldıqlarımı orda hamıya danışdım. Sonda isə hədiyyəmi – məndənnigarançılıqla xəbər aldığı 7 cildliyi Ramiz əmiyə təqdim etdim. Kitablarıyuxarı qaldırıb öpdü. Mən o yubileyə tək gəlməmişdim. Qabil də ordaydı.

O mərasimdə yubilyarı müxtəlif rakursdan təqdim etdilər: şair Ramiz Duyğun, polkovnik,hərbi həkim Ramiz Məlikov, müəllim Ramiz Məlikov, "Hünər” televiziyaverilişinin aparıcısı Ramiz Duyğun, hərbi jurnalistlər məktəbinin banisi RamizDuyğun. Mən isə bu siyahıya özəl təqdimatımıəlavə etdim: POLKOVNİK RAMİZ ƏMİ.

Mart, 2018


TƏQVİM / ARXİV