adalet.az header logo
  • Bakı -°C

 «100  İLİN  İMZASI» - VAQİF YUSİFLİ yazır

VAQİF YUSİFLİ
95 | 2026-04-09 11:05
A- A+

Ömrüm uzunu ən böyük arzularımdan biri Ulu Öndər Heydər Əliyevi görməkbir möcüzə belə olsaonun qarşısında öz ürək sözlərimi söyləmək olub. XX əsrin dünya tarixində şərəfli bir yer tutan bu dahi insan mənim üçün ilk növbədə böyük Azərbaycanın simvolu, rəmzi olan ŞƏXSİYYƏT idi.Mən bu arzuma 1997-ci ildə çatdım.

Azərbaycan yazıçılarının X qurultayından bir gün öncəoktyabr ayının sonuncu günündə Ulu Öndərin ədəbi gəncliyin nümayəndələri ilə görüşü olduƏdəbi gənclik  onların problemləri ilə bağlı bir sıra məqalələrlə mətbuatda çıxış etdiyimə görə Mədəniyyət nazirliyi  Yazıçılar Birliyi mənə tapşırmışdılar kiUlu Öndərin qarşısında bu mövzuda məruzə edimYəni müasir ədəbi gənclik  onların yaradıcılığı barədə fikir söyləyim. Ulu Öndər çox mənalı bir giriş sözü söylədi, sonra Anar müəllim sözü mənə verdi.

Ömrümün ən həyəcanlı çağı başladıHiss elədim kiUlu Öndər diqqətlə mənə qulaq asırArada mənə suallar da verdi çıxışımın sonunda ondan tərif  eşitdimBumənim həyatımda ən böyük unudulmaz bir gün idi. 2003- ildə «Azərbaycan» jurnalının səksən illiyi münasibətilə  Ulu Öndərin imzası ilə təltif olunanlar arasında mən  var idimƏməkdar mədəniyyət işçisi» fəxri adına layiq görüldüm.

  Müasir Azərbaycan dövlətinin qurucusu, Ümummilli liderimiz Heydər Əliyevin həyatı, onun çoxillik ictimai-siyasi və dövlətçilik fəaliyyəti, Şəxsiyyəti barədə çoxlu əsərlər yazılıb.Dünyanın tanınmış liderləri, sənət adamları, alimlər, şairlər Heydər Əliyevin qeyri-adi şəxsiyyətinə hörmət və ehtiramla elə fikirlər söyləmişlər ki, bunları oxuyanda bəyük qürur hissi keçirirsən. Ancaq mən bunların heç birini yada salmaq istəmirəm, Yalnız böyük qazax yazıçısı Oljes Süleymenovun bir fikrini xatırlamaq istəyirəm: «Heydər  Əliyev dahi şəxsiyyətdir, dahilər isə az-az doğulurlar».

 Şair-publisist Gülşən Behbud Ulu Öndərin anadan olmasının 100-cü ilində-Heydər Əliyev ilində  «100 ilin  imzası» adlı çox maraqlı bir kitab nəşr etdirib. Üstündən ü çilə yaxın bir vaxt keçib, amma bu kitab mənim fikrimcə, son illərdə Heydər Əliyev haqqında yazılan kitablar sırasında xüsusilə seçilir.

 Kitabda Heydər Əliyevin canlı və canlı olduğu qədər də parlaq obrazı yaradılmışdır. O, elə bir şəxsiyyət idi ki, bu şəxsiyyəti yalnız bir aspektdə izləmək qeyri-mümkündür. Çünki Heydər Əliyev şəxsiyyətində həm siyasət aləminin dünyaca məhşur olan bir korifeyi, həm öz xalqının əsrlərdən bəri ən gözəl keyfiyyətlərini özündə əks etdirən və «Mən fəxr edirəm ki, azərbaycanlıyam» deyən  bir millət babası, həm yaradıcı, qurucu rəhbər kimi fəaliyyəti- müstəqil Azərbaycan ideyasını gerçəkləşdirən liderliyi, həm də bir Ustad kimi siyasətdə də, diplomatiyada da, azərbaycançılığında da  özündən sonra ənənə yaratması…bütün bunlar onun şəxsiyyətinin bir-birindən ayrılmaz hissələridir.

 Gülşən Behmud ilk növbədə Heydər Əliyevi  əsrin siyasətçisi kimi təqdim edir: «Heydər Əliyev dünyanın nadirunikalseçilən siyasət adamı idiOdünya siyasətinə təsir etmək gücündə olan lider idiHeydər Əliyev  böyük siyasət üçün yaranantəkcə bir ölkə miqyasında yoxdünya əhəmiyyətli məsələlərin həllində qətiyyətli sözünü deyə bilən nadir siyasətçi idiOdünyanın bütün ölkələri  onların rəhbərləri iləhətta məkrli düşmənlərimizlə  «sülh dili» ilə danışmağı bacarırdıUlu öndərimizin ən ali insani keyfiyyətlərifenomen xarakteriinsanlarla dil tapmaq bacarığıhərəni öz dilində danışdırmaq məharəti onu tanıyanların sevimlisinə çevirirdiHər dövlət xadiminə xas olmayan üstünlüklər ulu Taerının Heydər Əliyevə verdiyiən ali keyfiyyətlər idi».

   Təbii ki, müəllif Heydər Əliyevin siyasət aləmində uğurlarını qeyd edərkən ilk növbədə, onu Azərbaycanın  yeni tarixinin yaradıcısı və qurucusu kimi nəzərə çarpdırır. 1969-cu ilin 14 iyulunda Azərbaycanda siyasi hakimiyyətə gəldiyi gün tariximizdə yeni bir mərhələnin başlanğığı qoyulur. Birinci hakimiyyət dövrü SSRİ-nin çox davamlı, amma getdikcə dağılmağa doğru baş aldığı illərə təsadüf edir. Heydər Əliyev bu dönəmdə  Azərbaycanı geridə qalmış bir respublikadan irəliyə doğru apardı, milli özünüdərki qüvvətləndirdi. Azərbaycan bütün sahələrdə inkişaf yollarını keçərək qabaqcıl respublikaya çevrildi. O, Siyasi Bürosu üzvlüyündə də öz siyasi manerasını dəyişmədi, SSRİ Nazirlər Soveti sədrinin birinci müavini kimi təkcə Sovetlər İttifaqında deyil, beynəlxalq aləmdə də böyük nüfuz qazandı.Lakin təbii ki, belə bir liderin-belə bir siyasətçinin Kremldə çoxlarını təşvişə saldı və Heydər Əliyev bir müddət siyasətdən uzaqlaşdı. Amma TARİX və ZAMAN  belə bir lideri, belə bir siyasət xadimini itirə bilməzdi. Çünki  «Siyasi hakimiyyət məngənəsində sıxılan  Azərbaycana rəhbərlik etiək məsuliyyətini yalnız Heydər Əliyev  öz üzərinə götürə bilərdi».  Azərbaycanın 90-cı illər ictimai-siyasi mənzərəsi bizim hamımızı  düşündürürdü, fikirləşirdik ki, Azərbaycan düşdüyü bu bəlalardan necə xilas ola bilər?

 «Bu dövrdə dünyanın diqqət mərkəzi Azərbaycana yönəlmişdiBir-birinin ardınca baş verən ağır siyasi proseslərmillətçi seperatçılıq Azərbaycanın dövlətçiliyini sarsıtmışonun müstəqilliyini  azadlığını  təhlükə altına almışdıBelə çıxılmaz siyasi vəziyyətdə  bütün bu çətinlikləri yaşadıqdan sonra birmənalı şəkildç dərk etdi kihər yetəndən lider ola bilməz».

  Doğrudan da, Heydər Əliyevin  Azərbaycana qayıdışı müstəqillik, iqtisadi yüksəliş, elmi tərəqqi dövrü, beynəlxalq aləmdə ölkənin nüfuzunun vartması  kimi  tarixə yazıldı. Və Heydər Əliyev  «Əməlləri, addımları ilə   tarixləşən ..şəxsiyyətə» çevrildi.

 Heydər Əliyevlə başlanan Müstəqillik və İqtisadi Yüksəliş dövrü zaman etibarilə yeni bir mərhələyə qədəm qoydu. Dahi şəxsiyyətlərin əksəriyyəti özlərinin varisi olmadan dünyadan köçürlər, lakin Heydər Əliyev dövlətçilik və siyasət məktəbini keçmiş İlham Əliyev Azərbaycan respublikasının prezidenti kimi  bu iyirmi üç ildə ona olan etimadı tamamilə dobrultdu. İlham Əliyev  Ali Baş Komandan kimi Azərbaycan xalqının şanlı qələbəsini təımin etdi, ordumuzun və xalqımızın vəhdəti bunu sübut elədi ki, Azərbaycan xalqı heç vaxt məğlubiyyətlə barışmayacaq, öz qələbəsini döyüş meydanlarında əldə edəcək. İlham Əliyev Azərbaycanın XXI əsrdəki liderinə çevrildi: «Prezident İlham Əliyevin fəaliyyəti nəhəng beynəlxalq iqtisadi layihələrdən tutmuş böyük diplomatik qərarlarınbəyənatların qəbul olunmasına qədər şəxsiyyət idi»öz təsirini göstərdi.  Bu gün Azərbaycanın zirvələrə doğru addımladığını nəinki xalqımızbütün beynəlxalq aləm görür Azərbaycan bu gün təkcə Cənub Qafqazda deyilAvropanın tolerantlıqsülh  inkişaf mərkəzlərindən biri kimi tanınır».

  Gülşən Behbud Heydər Əliyevin canlı, unudulmayan obrazını yaratmağa səy etmiş və tərəddüdsüz deyə bilərik ki, buna nail ola bilmişdir. Xüsusilə «Heydər Əliyev  heyrətləndirməyi bacaran şəxsiyyət idi» yazıçında. Gəlin, həmin yazıdan bu sətirlərə diqqət yetirək: «Müstəqil Azərbaycan  Heydər Əliyevin şah əsəridir. «Azərbaycan xalqı  xoşbəxtdir kiona Heydər Əliyev kimi müdrik siyasi xadim  rəhbərlik edib..» Bu sözlər dünyanın bir sıra dövlət başçılarının dilindən  dəfələrlə səslənibBubir həqiqətdirMəhz bu dahi insanın səyi nəticəsində Azərbaycan dönməz müstəqilliyəinkişafatərəqqiyə qədəm qoydu».

 «100 ilin imzası» kitabında Gülşən Behbud Ulu Öndərlə, onun şəxsiyyəti və dövlət rəhbəri kimi fəaliyyəti, həmçinin yaradıcı, qurucu insan olaraq şəxsi keyfiyyətləri ilə əlaqədar Azərbaycanın tanınmış ziyalılarından müsahibələri də maraq doğurur. O ziyalıların hər biri Heydər Əliyevin hər iki hakimiyyəti dövründə təkcə müşahidəçi qismində deyil, həm də onun siyasətini dəstəkləyən insanlar kimi çıxış edirlər. Akademik Nizami Cəfərov etiraf ejir ki: «Heydər Əliyev AKtatürk məpkəzi yarananda məni qəbul etdi, əmrimi verib, fəaliyyətimiz üçün də gözəl bir bina verdi. Ədəbiyyatdan, tarixdən, xalqımızın gələcəyindən, görülməyi vacib olan  işlərlə bağlı maraqlı və unudulmayan söhbətlər etdi. Mənim üçün Heydər Əliyevin söhbətləri eşitdiyim elmi, ictimai, siyasi, ideoloji mühazirələrin ən mükəmməli idi» Daha sonra Nizami Cəfərov Heydər Əliyevin yaratdığı Atatürk mərkəzinin fəaliyyətindən söz açır. Bu mərkəzin başlıca proqramı Türk dünyasında Atatürkün ideyalarını təbliğ etmək və türkçülüyü inkişaf etdirmək idi, elmi mərkəz bu sahədə xeyli səmərəli işlər görüb. Başqa bir tanınmış ziyalı,  tarix üzrə fəlsəfə doktoru, professor  Cəbi Bəhrəmov  Heydər Əliyevin Azərbaygan tarix elmində müstəsna xidmətlərindən söz açır. Yazır: !Heydər Əliyev milli tariximizə çox böyük diqqət göstərirdi. O, Bakı Dövlət Universitetinin Tarix fakültəsində təhsil alıb, Azərbaycan tarixinin bütün məqamlarını çox gözəl bilirdi. Tarixi abidələrimizin qorunması üçün çox mühüm qərarlar qəbul etmişdi. Heydər Əliyev 1972-ci ildə çoxcildlik Azərbaycan tarixinin  yazılması üçün mühüm qərar qəbul edi» Cəbi müəllimin müsahibəsində  Heydər Əliyevin Azərbaycanın ərazi bütövlüyü ilə bağlı qətiyyətli çıxışları haqqında da söz açır. 1996-cı ildə ATƏT-in zirvə konfransında ermənilərin və onların himayədarlarının apardığı təbliğat nəticəsində  Azərbaycan respublikasının ərazi bütövlüyü müzakirə olunarkən hətta səsverməyə qoyulmamışdı. Heydər Əliyev buna rvzılıq verə bilməzdi. Heydər Əliyev ATƏT-in yekun sənədinə razılıq verməmək haqqında qərar qəbul edir. Ulu Öndər  azərbaycanlıların ən ağır məsələsi olan soyqırımı ilə bağlı qərar qəbul edir.

 Yazıçı-publisist, millət vəkili Aqil Abbasın müsahibəsində də Heydər Əliyevlə bağlı maraqlı məqamlar diqqəti cəlb edir. Ulu Öndərin Azərbaycan mədəniyyəti və ədəbiyyatı ilə müntəzəm maraqlanması xüsusi qeyd olunur. « «Heydər Əliyev öz millətsevərliyinrp, uzaqgörən siyasətini Şuşada Vaqifin məqbərəsinin ucaldılmasında göstərirdi. Hər il Şuşada  Vaqif poeziya günləri keçirməsi, ölkə elitasının  Şuşaya toplaşması, dünyaya göstərilməsi, təbliğ olunması o zaman üçün  böyük addımlar idi». Aqil Abbasın sözlərinə əlavə edib deyə bilərik ki, Heydər Əliyevin çoxcəhətli fəaliyyətində mədəniyyət məsələləri xüsusi yer tuturdu. Onun hər iki hakimiyyəti dövründə  Azərbaycan mədəniyyəti özünün intibah mərhələsini yaşayırdı. O, bədii ədəbiyyatın, teatr sənətinin, rəssamlığın, memarlığın, kinonun bütün problemlərinə münasibət bildirir, mədəniyyət xadimlərinin qiymətləndirilməsində səyini əsirgəmirdi. Süleyman Rüstəm, Süleyman Rəhimov, Qara Qarayev, Rəşid Behbudov, Niyazi kimi sənətkarlar SSRİ-nin ən yüksək mükafatına – Sosialist Əməyi Qəhrəmanı fəxri adına layiq görüldülər. Onun Bəxtiyar Vahabzadəyə, Yusif Səmədoğluya, Məmməd Araza, Qabilə, Anara, Elçinə – onların yaradıcılığına yüksək qiymət verməsini yaxşı xatırlayırıq.

 Heydər Əliyev Naxçıvanda doğulub, onun bu diyara məhəbbəti ayrıca bir söhbətin mövzusudur, bu haqda bir sıra yazılar da qələmə alınıb. Gülşən xanım tarixçi-politoloq Dünyamalı Pənahovla müsahibəsini də Heydər Əliyev və Naxçıvan mövzusunda aparır. Heydər Əliyevin Azərbaycana qayıdışı Naxçıvanla başladı, o, Naxçıvan Ali Məclisinin sədri seçildi dpqqətli Dünyamalı Pənahov Heydər Əliyevin tapşırığı ilə  Ali Məclisdə-xarici işlər şöbəsində baş referent və müdir əvəzi kimi çalışır. Və bu böyük insanı, onun Ali Məclis  sədri kimi yorulmaz fəaliyyətini, qibtəediləsi işgüzarlığını öz gözləriylə görən Dünyamalı Pənahov söyləyir: «Ali Məclisdə sessiyalar keçirilirdi. Heydər Əliyev çıxışlar edirdi. Sonra o çıxışlar yazılırdı, sənədləşdirilirdi. Təqdim edilirdi Heydər Əliyevə qol çəkmək üçün. Bir dəfə yenə çıxışlar oldu, yazıldı və təqdim  edildi. O qədər diqqətli və dəqiq insan idi ki, bir cümlədə  olan dəyişikliyi belə görür, həmən dəyişdirilirdi. Bu cümləni mən elə yox, belə demişəm, deyirdi. Çıxışları bir saat, iki saat çəkirdi. Azərbayc dilində etdiyi çıxışı rus dilində də edirdi, elə  danışırdı ki, elə bil kağızdan oxuyur, bir nöqtəsi, vergülü belə əskik gəlməzdi».

  «100 lin imzası» kitabında bir bölmə belə adlanır: «Milli sərvətimiz-Heydər Əliyev».  Bu bölmədə Gülşən Behbud səkkiz tanınmış Azərbaycan qadınının Ulu Öndərə sevgilərini izhar edən  məqalələri ilə bizi tanış edir. Heydər Əliyevin Azərbaycan qadınlarına – onların zərif, incə aləminə, hər sahədə göstərdikləri yüksək nailiyyətlərə dəyər verməsinə dair onlarla, yüzlərlə misallar gətirmək olar. Onun böyük şəxsiyyət, əvəzedilməz insan, siyasi dider kimi özünəməxsus xüsusiyyətləri Zenfira Ağayevanın, Zəhra Muradovanın, Bahar Qasımovanın, Xuraman  Muradovanın, Mahirə Əsədovanın, Vəfa Abbasovanın, Gülnarə Şahmur  «dovanın,  Könül Mikayılovanın ürək sözlərində çox gözəl ifadə olunub. Gülşən Behbudun  Heydər Əliyevə həsr etdiyi «100 ilin imzası» kitabı haqqında bu yazını elə müəllifin  «Böyük şəxsiyyət» adlı şeirindən bir parça ilə  bitirirəm:

   

       Bu doğma Azərbaycan,

       Ulumuz – Heydər deyir!

       O, hökmüylə, əqliylə

       Xarüqələr yaratdı.

       Azərbaycan adını

       Yer üzünə tanıtdı!   

      Olum – ölüm anında

      Dayaq durdu xalq ona.

      O da verdi ömrünü,

      Əbədilik xalqına.

      Adında var bir qürur,

      Zəhmətində var hünər,

      Bu millət fəxr eləyir

      Adınla, ulu Heydər!

 

  • Aprel:
  • 3

TƏQVİM / ARXİV