adalet.az header logo
  • Bakı 20°C
  • USD 1.7
04 Avqust 2022 15:05
566
DÜNYA

“11 dəqiqədə 7 təyyarəsi vurulan” Rusiyanın qisası: 8 ölü, 4 yaralı


Xəbər verdiyimiz kimi ötən gün Ukrayna ordusunun Hərbi Hava Qüvvələrinin polkovnik-leytenantı Denis Smajnı açıqlama vermişdi.

O, Kiyevin müdafiəsi zamanı uğurlu əməliyyat haqqında da bilgilər yaymışdı:”Kiyevə hücum zamanı 11 dəqiqə ərzində Rusiyanın 7 təyyarəsi vuruldu, demək olar ki, bütün eskadrilya məhv edildi. Görünür, bu onların son hücum ümidi idi. Bundan sonra Kiyevə hava hücumları dayandı".
Denis Smajnının açıqlaması Rusiya üçün həzm edilməyəcək dərəcədə ağır olduğu bu günki hadisələrin mənzərəsindən bəlli olur.

Adalet.az Türkiyəyə məxsus Teleqram kanallarına istinadən xəbər verir ki, rus ordusu “11 dəqiqə ərzində 7 təyyarələrinin vurulmasının” intiqamını özlərinəməxsus şəkildə alıb. Beləki, Donetsk vilayət hərbi administrasiyasının rəhbəri Pavlo Kırilenko deyib ki, ruslar Donetsk vilayətinin Toretsk şəhərində ictimai nəqliyyat dayanacağını atəşə tutub, nəticədə 8 nəfər ölüb, 3-ü uşaq olmaqla 4 nəfər yaralanıb:“8 ölü, 4 yaralı – bu, rusların bu gün saat 11 radələrində Toretsk şəhərini atəşə tutmasının nəticələridir. Dörd yaralı arasında üç uşaq da var. Məlumata görə, artilleriyadan atəş açılıb. Onlar həmin vaxt insanların sıx olduğu ictimai nəqliyyat dayanacağını vurublar”, - o bildirib.

Qeyd edək ki, Ukrayna Baş Qərargahı məlumatına görə, Ukrayna müharibənin 162-ci günü üçün kifayət qədər Rusiya ordusunun itkiləri olub.
Bildirilib ki, Rusiya indiyə qədər 41 500 hərbçi, 1 789 ədəd tank, 4026 ədəd zirehli döyüş maşını, 946 ədəd artilleriya sistemi, 260 ədəd RYAS (reaktiv yaylım atəş sistemi), 118 hava hücumundan müdafiə sistemi, 223 ədəd hərbi təyyarə, 191 ədəd helikopter, 2 960 ədəd avtomobil texnikası, 742 ədəd PUA, 182 qanadlı raket, 15 gəmi/qayıq, 83 xüsusi avadanlıq itirib.

 Əntiqə Rəşid