adalet.az header logo
  • Bakı 16°C
  • USD 1.7
15 Avqust 2016 13:19
138870
RUBRİKA

15 avqust və aprel döyüşləri – DÖYÜŞ TARİXİ

1992-95-ciillərdə Ağdam, Ağdərə, eləcə də Ağcabədi istiqamətində gedən döyüşlərdə iştiraketmiş Nəsirov Nadir Eldar oğlu Ağdam rayonu Gülablı kəndində anadan olub."Döyüş tarixi”nin maraqlı eləcə də ağır keçdiyini xatırlayır:

Məzuniyyətə gedib gələndən sonra...

SSRİhakimiyyəti dövründə hərbi xidmətini çavuş rütbəsi ilə başa vurub daha sonraQarabağda gedən döyüşlərə Gülablı kəndindən seçilən 120 nəfər könüllüdən ibarət şəxsi heyətinsıralarına daxil olub. Vətən eşqi ilə barışmazlıq və haqsızlığa qarşıvuruşduğunu deyir qazimiz. İlk dövrlər qida təminatı üzrə rəis seçilən NadirNəsirov daha sonra rütbəsinə uyğun olaraq müdafiə bölüyünün komandiri olub. Butarixdən olan qalan yadigar isə əsgər yoldaşlarının şəhid olması, düşmənəsgərlərinin məhv edilməsi və eləcə də ömür boyu özünü bağışlamadığı həminhadisə... Qazi məzuniyyətdən gəldikdən sonra onunla bir mövqedə dayanan ikinəfər əsgər yoldaşının birinin yaralanması və digərinin şəhid olması hadisəsi onu çox sarsıtdı: "Bugünə qədər hələ də özümü bağışlaya bilmirəm. Doğrudur, qədər-qismət nədirsəinsan onu yaşayacaq, ancaq düşünürdüm ki, bəlkə də mən məzuniyyətgötürməməliydim. Əgər qalıb orada vuruşsaydım, silahdaşımı itirməyəcəkdim.Nələrinsə qarşısını ala bilməməkdə özümü günahkar hesab edirəm. Kim nə deyirdesin, mən onları xilas edə bilərdim”.

Bizdə qorxaq əsgər olmayıb...

"Müharibə fərqli birauradır, bir əsgər o anları bir dəfə yaşadısa, bu onun üçün böyük sınaq deməkdir.Bu sınaqdan üzüağ çıxan qazi heç bir vədə geri çəkilə bilməz. Bizim bölükdə həttahərbi hissə komandanlığı tərkibində bircə nəfər də olsun qorxaq, çəkinən əsgərgörmədim. Qarabağ müharibəsi bizim üçün böyük bir məktəb olub. Çox şeyi öyrənmişik.Döyüş səndən düşüncələrini alır, konkret şəkildə irəli atılmağı düşünürsənhalbuki. Həqiqət budur ki, qorxan əsgər döyüş qoxusunu bəlkə də hamıdan qabaqduyur və işini çox yaşı bilir. Hər cür duyğuları yaşayırsan, düşüncələrinqarışır və sən qərar verirsən ki, bunun sonu ya ölümdür, ya da xilas. Onun da fərqinəvarırsan ki, qədər artıq səninlə oyun oynamağa başlayıb. Bu oyundan çıxışyoxdur. Çünki könüllüsən!” – Qazi danışır.

Hərbçi olmaq uşaqlıq arzum olub...

Bu şansı bir neçə dəfə dəyərləndirməkistəyib, lakin valideyn narahatçılığı onu arzularını reallaşdırmağa imkan verməyib.Nadir Nəsirov orta məktəbdə hərbi dərsləri də keçib. Azərbaycanda hərbi təhsilinçox zəif olduğunu dilə gətirən qazi gələcəkdə əgər müharibə başlayarsa, irəliatılan gənclərimiz olacağına inansa da, onların təcrübəsizliyindən narahatdır.O deyir ki, vətənpərvərlik hərbi dərslərə bağlı deyil, onu tarixdən, yaşadığımühitdən, ailədən öyrənirsən, lakin əgər sən əl qumbaralarını, silahlarıtanımırsansa, döyüş anında yaralı əsgər yoldaşını xilas etməyi, ona ilkin tibbiyardımı göstərməyi, ən ekstremal vəziyyətlərdə davranış qayalarını bilmədinsə,özünü dağa-daşa vursan da xeyri yoxdur. "Təcrübə çox önəmlidir. Bu bilirsiniz nəyəbənzəyir? Birinin kitab oxumayıb alim olmaq iddiasına. Bizim vaxtımızda ölkədaxili,regionlar arası hərbi yarışlar keçirilirdi, kəndimizin şagirdləri mən də daxilolmaqla bu yarışların çoxunu qazanmışıq. Hər il SSRİ Müdafiə Nazirliyindənnümayəndə gələrək nümunəvi şagirdlərdən ibarət 5 nəfər seçib hərbi aviasiyakurslarına göndərirdilər. Mənə bu şans iki dəfə doğdu, lakin valideyn nəzarətiüstün gəldi və arzularım nakam qaldı. İndi həmin kurslarda iştirak edən vəhal-hazırda yüksək rütbəli zabitlər olan tanışlarım var. Düşünürəm ki, mən də həminkurslara qatılsaydım, tam fərqli bir həyat yaşayacaqdım. Ancaq uşaqlıdan qalanarzular bir gün insanı tapır. Elə oldu ki, Qarabağ savaşı başladı. Bu isəaçılan bir yol - Döyüş tarixini - yazdı mənə”.

15 avqust...

Bu tarixi müsahibimiz tez-tez dilə gətirirdi. Deyir həmin vaxt bəlkə də ənağır döyüş keçirmişik. 8 nəfər şəhidimizinolduğunu deyir. Amma düşmən tərəfi daha çox itki vermişdi: "Bax o zaman bizimorduda əsl əzmi və döyüş ruhunu görmək olardı. Bizim bölük 3 hissəyə bölündü,bir hissəsi Gülablı kəndi istiqamətinə göndərildi, digər hissəsi Ağcabədiistiqamətinə, mənim komandanlıq etdiyim əsgərlər isə ehtiyatda hər an əmri gözləyirdik. Lakin bu ərəfədəcəbhədən gələn məlumatları aldırdıq, düşmən helikopteri vurulanda və ya erməniquldurları itkilər verəndə bizim üçün məğrurluq stimul mənbəyi olurdu. Son 23ildə ilk dəfə 15 avqustu xatırladan aprel döyüşlərinin şahidi oldum. 23 İLDƏNSONRA İLK DƏFƏ "TƏKRAR FİLM” İZLƏDİM SANKİ. Bu illər ərzində möhkəmlənənordumuz, əsgərlərimizin döyüş ruhu məni təəccübləndirdi. Onların aprel döyüşlərindənə hisslər yaşadığını çox yaxşı bilirəm. Artıq inanıram ki, bunda sonra da belə döyüşlər baş versə, bizim narahatçılığımızınheç bir əsası olmayacaq. Yol çətin yoldu, gücümüz isə bəllidir artıq. Düşmənçox yaxşı bilir ki, kənar qüvvələr olmasa Ermənistan ordusu bizim ordumuzunayaqları altında xışıl-xışıl olacaq”.

Rüfət Soltan