29 ildən sonra Şuşada bayram namazı qılınacaq - VİDEO

29 ildən sonra işğaldan azad olunmuş Azərbaycanın dilbər guşəsi Şuşada Ramazan bayramı namazı qılınacaq.
Bu barədə Adalet.az-a Bakı Media Mərkəzindən məlumat verilib.
Bildirilib ki, Bakı Media Mərkəzi Qarabağın mirvarisı Şuşada baş tutacaq İslam aləminin Müqəddəs ayı ilə bağlı bayram namazının çəkilişini və canlı yayımını həyata keçirəcək. Şuşadan birbaşa canlı yayıma mayın 13-ü saat 09:00-da İctimai TV, REAL TV və Azad Azərbaycan Müstəqil Teleradio Şirkəti vasitəsilə baxmaq mümkün olacaq.
Digər Xəbərlər

Çoxuşaqlı ailələrin müavinəti 35 manat artdı

Səhiyyə Nazirliyinin səyyar tibbi aksiyaları Xankəndi və Xocalıda - FOTOLAR

Sabah 37° isti olacaq

Bu gün Milli Qəhrəman Allahverdi Bağırovun şəhid olduğu gündür

Tikintiyə icazə verilməsinə dair yeni qaydalar tətbiq ediləcək

Bu torpaq sahələrinə dair tənzimləmələr aparılacaq

Azərduz markasından ətraf mühitə töhfə: Masazır duz gölləri ətrafı tullantılardan təmizləndi
