12 Iyun 2025 12:21
529
MƏMLƏKƏT

Bu gün Milli Qəhrəman Allahverdi Bağırovun şəhid olduğu gündür

Bu gün 1003 Xocalı əsirini düşmən əlindən xilas edən, Çingiz Mustafayevin Xocalı faciəsi ilə bağlı çəkilişləri etməsinə şərait yaradan Azərbaycanın Milli Qəhrəmanı, Ağdamın aslanı Şəhidimiz Allahverdi Bağırovun Şəhid olduğu gündür...

Adalet.az xəbər verir ki , Milli Qəhrəmanın silahdaşlari,  keçmiş doyusçulər bu münasibətlə anım tədbiri təşkil ediblər. Döyüşçülər ziyarətə ilk öncə imarətdən başladılar. Ehsan süfrəsi arxasında komandirlə bağlı xatirələrini danışdılar, xəyali olaraq  kecmiş günlərə  döndülər. Tədbirin davamı Milli Qəhrəmanın məzarının ziyarəti  davam etdi. Növbəti dəfə  yenə də bütün şəhidlərin o cümlədən Allahverdi Bağırovun ruhuna dualar oxundu. Azərbaycanın torpaqlarının  azad  olunmasında əməyi keçən keçmiş döyüşçülərə və ümumilikdə bütün qazilər can sağlığı arzuladılar.

Tədbirdən geniş reportaj  təqdim edəcəyik.

Əntiqə Rəşid