Azərbaycanda kredit faizləri aşağı salınacaq? - CAVAB
Azərbaycan Respublikası Mərkəzi Bankının İdarə Heyətinin qərarı ilə bir müddət əvvəl faiz dəhlizinin bütün parametrləri 0.25 faiz bəndi azaldılıb. Nəticədə uçot dərəcəsi 7%, faiz dəhlizinin aşağı həddi 6%, yuxarı həddi isə 8% səviyyəsinə endirilib.
Bu kontekstdə kommersiya banklarında kredit faizlərinin necə dəyişməsi məsələsi isə sual doğurur.
Adalet.az xəbər verir ki, mövzu ilə bağlı iqtisadçı ekspert Xalid Kərimli Modern.az-a açıqlamasında bildirib ki, bu qərar Mərkəzi Bankın özü tərəfindən cəlb edilən və verilən resurslara tətbiq olunan faiz dərəcəsidir. Onun sözlərinə görə, kommersiya banklarının kredit faizləri isə bir neçə əsas amilə əsaslanaraq formalaşır. Bunlara cəlb etdikləri vəsaitin dəyəri, əməliyyat xərcləri, kreditlərin risk səviyyəsi, bazardakı tələb və təklif balansı, eləcə də əldə ediləcək mənfəət marjası və s. daxildir.
“Mərkəzi Bankdan banklara cəlb olunan vəsaitlərin, kommersiya banklarının ümumi maliyyə resursları içində xüsusi çəkisi kifayət qədər azdır. Bu səbəbdən, Mərkəzi Bankın faiz dəhlizində apardığı dəyişikliyin bazardakı kredit faizlərinə birbaşa və nəzərəçarpacaq təsiri gözlənilmir. Əgər təsir olsa belə, bu dəyişiklik çox cüzi olacaq və əksər vətəndaşlar tərəfindən hiss olunmayacaq”.
İqtisadçı ekspert əlavə edib ki, Mərkəzi Bank 2023-cü ilin dekabrından başlayaraq sərtləşdirici monetar siyasət həyata keçirib
“Bu son iki ildə həm kredit, həm də depozit faizlərinin artmasında bilavasitə rol oynayıb. Son qərarın isə kredit faizlərinin enməsinə real təsir göstərməsi ehtimalı aşağıdır. Bunu Mərkəzi Bank özü də etiraf edir ki, qurumun hazırkı şəraitdə faiz dərəcələri vasitəsilə bazara təsiri məhduddur”.
X.Kərimli həmçinin qeyd edib ki, məhdudiyyətlərin əsas səbəblərindən biri də iqtisadiyyatın struktur xüsusiyyətləri və manatın məzənnəsinin ABŞ dollarına fiks olunması ilə bağlıdır:
“Yəni iqtisadi modelin mövcud forması Mərkəzi Bankın statistik alətlərinin bazara ABŞ və Avropa ölkələrindəki kimi güclü təsir göstərməsinə imkan vermir. Bu baxımdan Mərkəzi Bank faktiki olaraq yalnız banklarla öz arasında həyata keçirilən maliyyə əməliyyatlarında tətbiq olunan faiz dərəcələrini tənzimləyir”,- deyə iqtisadçı bildirib.
Digər Xəbərlər
12 Mart 2026 11:31
İstehlakçılar ən çox nədən şikayətçidir?
12 Mart 2026 11:14
"İxracın həcmi artır, belə də davam edəcək" - İlham Əliyev
12 Mart 2026 11:09
Prezidentdən neftin bahalaşması ilə bağlı AÇIQLAMA
12 Mart 2026 10:54
“Zəngəzur dəhlizinin istifadəyə verilməsi ilə bağlı müzakirələrin intensivləşməsi...”
11 Mart 2026 16:58
"Dünya iqtisadiyyatında qeyri-müəyyənlik o qədər artıb ki..." - İqtisadçı
11 Mart 2026 12:55
22 şəhər və rayonda İpoteka Fondunun xəttilə kredit verilməyib
11 Mart 2026 12:49
"Əsas hədəf süni intellekti dövlət idarəçiliyinin aparıcı alətlərindən birinə çevirməkdir" - Nazir müavini
11 Mart 2026 12:41


Bakı -°C

