“3+3” formatında ikinci görüş yaxın aylarda baş tuta bilər
“3+3” formatında (Azərbaycan, Ermənistan, Gürcüstan - Rusiya, Türkiyə, İran) regional əməkdaşlıq platformasının ikinci iclası yaxın aylarda baş tuta bilər.
Bunu Rusiya Xarici İşlər Nazirliyinin MDB ölkələri üzrə dördüncü departamentinin direktoru Denis Qonçar deyib:
“Hazırda 3+3 formatında ikinci görüşün keçirilməsi ilə bağlı təşkilati üsullar üzərində iş aparılır. Ümid edirik ki, görüş yaxın aylarda baş tutacaq. Bütün iştirakçıların əhvali-ruhiyyəsinə əsasən, Gürcüstana dəvət göndərilə bilər”.
Onun sözlərinə görə, Rusiya Federasiyası iştirakçı ölkələr arasında qarşılıqlı faydalı əməkdaşlığın genişləndirilməsi maraqları naminə “3+3” məsləhətçi regional platformasına olan tələbata əmindir.
Xatırladaq ki, “3+3” platformasına üzv ölkələrin ilk iclası ötən ilin dekabrında Moskvada baş tutub.
Digər Xəbərlər
19 Fevral 2026 23:17
Türkiyə Qəzzaya heyət göndərməyə hazırdır - Hakan Fidan
19 Fevral 2026 21:05
Azərbaycan və digər ölkələrin 7 milyard dollarlıq sənədi imzalama mərasimi - YENİLƏNİB - VİDEO
19 Fevral 2026 20:04
Trampdan İranla bağlı AÇIQLAMA
19 Fevral 2026 19:04


Bakı -°C

