29 Sentyabr 2024 01:07
60
GÜNDƏM

44 günlük Vətən müharibəsinin xronikası: 29 sentyabr

2020-ci il sentyabrın 27-də Ermənistan silahlı qüvvələrinin cəbhəboyu genişmiqyaslı təxribat törətməsinə cavab olaraq Azərbaycan Ordusu sonradan "Dəmir yumruq" adlandırılan əks-hücum əməliyyatına başladı. 44 gün davam edən Vətən müharibəsi təxminən otuzillik işğala son qoyulması və ərazi bütövlüyümüzün bərpası ilə nəticələndi.

Adalet.az Vətən müharibəsinin sentyabrın 29-na olan xronikasını təqdim edir:

- Birinci vitse-prezident Mehriban Əliyeva rəsmi "İnstagram" səhifəsində paylaşım edib;

- Prezident İlham Əliyev "60 dəqiqə" proqramında sualları cavablandırıb.

- Ermənistan daha 84 hərbçisinin həlak olduğunu elan edib;

- Gecə ərzində gərgin döyüşlər davam edib: Düşmənin 1 tankı və 10 nəfərədək şəxsi heyəti məhv edilib;

- Ermənistan ərazisindən Daşkəsən rayonu ərazisi atəşə tutulub;

- Füzuli şəhərinin azad olunması uğrunda Azərbaycan Ordusunun hücumu davam edib;

- Düşmənin 2 tankı eyni anda məhv edildi;

- Müdafiə Nazirliyi Ermənistan ordusunun alayının darmadağın edildiyini açıqladı;

- Ermənistan ordusunun daha bir zabiti məhv edilib;

- Angela Merkel Prezident İlham Əliyevə telefonla zəng edib;

- Baş Prokurorluq erməni təxribatı nəticəsində hamin vaxtadək dəymiş zərəri açıqladı;

- Artilleriya bölmələri düşmənə sarsıdıcı zərbələr endirdi;

- Baş Prokurorluq erməni təxribatları ilə bağlı son vəziyyəti açıqladı;