28 Sentyabr 2024 23:43
69
DÜNYA

Razılıq verməsək, Türkiyə bunu edə bilməz - Lavrov

Türkiyə Rusiyanın razılığı olmadan S-400 komplekslərini başqa ölkələrə sata bilməz.

Adalet.az xəbər verir ki, bunu Rusiya xarici işlər naziri Sergey Lavrov deyib.

"Silahların alqı-satqısı müqavilələrində son istifadə sertifikatı haqqında qrafa var. Belə bir sertifikatla təchiz edilən məhsullar üçün bu silahı alan ölkə son istifadəçi kimi göstərilib. Başqa bir şey etmək üçün bu silahları satan ölkənin razılığı lazımdır", - Lavrov qeyd edib.