28 Sentyabr 2024 22:30
61
HADİSƏ

Sumqayıtda azyaşlı 8-ci mərtəbədən yıxıldı

Sumqayıtda qız çoxmərtəbəli binadan yıxılıb.

Adalet.az xəbər verir ki, hadisə 10-cu mikrorayonda qeydə alınıb.

12 yaşlı Kiçikxanım Burcəliyeva ehtiyatsızlıq nəticəsində yaşadığı 9 mərtəbəli binanın 8-ci mərtəbəsindən yıxılıb.

Yaralı Sumqayıt Şəhər Təcili Tibbi Yardım Xəstəxanasına çatdırılıb. Vəziyyəti ağırdır.

Hadisənin səbəbi araşdırılır.