28 Sentyabr 2024 13:11
110
HADİSƏ

Sumqayıtda restoranda baş verən yanğın söndürülüb - YENİLƏNİB

Sumqayıt şəhərində restoranda baş verən yanğın söndürülüb.

Bu barədə Adalet.az-a Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Sumqayıt şəhərində, 17-ci mikrorayon ərazisində restoranda yanğın baş verməsi barədə məlumat daxil olub və əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub.

Yanğınsöndürənlərin müdaxiləsi sayəsində baş vermiş yanğın söndürülüb.

12:01

Sumqayıt şəhərində restoranda yanğın başlayıb.

Adalet.az məlumat verir ki, hadisə şəhərin 17-ci mikrorayonunda yerləşən “Baharlı" restoranında qeydə alınıb.

Yanğın yerinə Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin canlı qüvvəsi və texnikası cəlb olunub. Yanğının söndürülməsi istiqamətində işlər aparılır.