“44”ün çəkilişləri davam edir - FOTOLAR

Heydər Əliyev Fondu və Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin dəstəyi ilə Vətən müharibəsinə həsr olunan “44” adlı tammetrajlı bədii filmin çəkilişləri davam edir.
Adalet.az xəbər verir ki, Vətən müharibəsindəki tarixi Zəfərə gedən yolu ekranlara gətirən bədii filmdə baş rolları Azərbaycanın istedadlı aktyoru İbrahim Çingiz və Türkiyənin tanınmış aktrisası Özge Gürel canlandırırlar.
Filmin yaradıcı heyətinə Azər Atakişiyev, Elnur Nəcəfli, Əli Tərlan, İlqar Musayev, İsmayıl Kərimov, Mehriban Zəki, Nadir Rüstəmli, Türkay Cəfərli kimi peşəkar aktyorlarımız da daxildir.
Qeyd edək ki, çəkilişlər Bakı şəhəri ilə yanaşı, Ağdam, Cəbrayıl, Füzuli, Gəncə, Hadrut, Xankəndi, Xocavənd, Şuşa və digər bölgələrdə aparılır.
Digər Xəbərlər

Nağıllar diyarı Kapadokiyada evlənərək xoşbəxtliyə ilk addımınızı atın - FOTOLAR
jpg-1741851321.jpg)
Hollandiyada “Sovjet Ereveld Experience” müzeyinin tikintisinə Azərbaycan töhfəsi

Şimali Makedoniya Prezidenti “Atəşgah məbədi”ndə olub

Tamilla Şirəliyeva vəfat etdi

Afaq Bəşirqızı: “Xalq artisti olmaq, insan olmaq demək deyil”

Tarix və mədəniyyət həvəskarları üçün ən yaxşı səyahət distansiyası Qaziantep - FOTOLAR

10 mart - Milli Teatr Günü - FOTOLAR
