469 şəhid ailəsi üzvü və qazi işlə təmin olunub

Bu haqda adalet.az-a Əmək və Əhalinin Sosial müdafiəsi nazirliyindən məlumat veriblər.Bildirilir ki, Nazirlik tərəfindən başladılan “Məşğulluq marafonu”na qoşulan və bununla şəhidlərimizin ailə üzvlərinin, Vətən müharibəsində yaralanmış qazilərimizin məşğulluğuna dəstəyini ifadə edən işəgötürənlərin sayı artmaqdadır.
Marafonda iştirak edən işəgötürənlərin sayı artıq 413-ə çatıb. 202-si dövlət, 211-i özəl müəssisələr olan həmin işəgötürənlər tərəfindən marafona 1854 vakansiya təqdim edilib. Bu vakansiyalar üzrə artıq 469 şəhid ailəsi üzvü və qazi işlə təmin olunub. Onlardan 369-u qazi, 100-ü şəhid ailəsi üzvləridir.
Hazırda vakansiyalar üzrə həmin kateqoriyalardan olan vətəndaşlara göndərişlərin verilməsi prosesi davam edir.
Marafona qoşulmaq istəyən işəgötürənlər vakansiyaları barədə, işlə təmin olunmaq istəyən şəhid ailəsi üzvləri və Vətən müharibəsində yaralanmış qəhrəmanlarımız isə özləri haqqında məlumatları https://dma.gov.az/layiheler/mesgulluq-marafonu linkinə daxil olmaqla qeyd edə bilərlər.
Digər Xəbərlər

İNDİKİ GƏNCLƏRİ HEÇ KİM QINAMASIN

EKOLOGİYANI KORLAMAQ İNSANLARIN ÖZLƏRİNİ MƏHV EDİR

“Qərbi Azərbaycana aparan yollar”

QHT yayihəyə yekun vurub

“AŞIQLAR QƏRBİ AZƏRBAYCANI TƏRƏNNÜM EDİR” KİTABININ TƏQDİMATI OLUB

Yurda uzanan yollarda gənclik karvanı

QHT Anım Günü ilə bağlı bəyanat yaydı
