5 milyard insanın sonu ola bilər
ABŞ-da aparılan bir araşdırma, mümkün nüvə müharibəsi zamanı 5 milyarddan çox insanın ölə biləcəyini ortaya qoydu.
Rutgers Universitetinin alimləri ABŞ və Rusiya arasında müharibə zamanı baş verə biləcək bütün ssenariləri araşdırıblar. Nature Food elmi jurnalında dərc edilən araşdırmada nüvə müharibəsinin səbəb olduğu tüstü, qalıq və hisin günəş işığının qarşısını ala biləcəyi və milyardlarla insanın ölümünə səbəb ola biləcəyi ifadə edilib.
Bildirilib ki, yer üzündə insan əhalisinin yarıdan çoxu məhv ola bilər, kiçik miqyaslı nüvə müharibəsi isə qlobal ərzaq istehsalında geri dönməz dağıntılara səbəb ola bilər.
Zaman-zaman gərginliyin yaşandığı Hindistan-Pakistan xəttində baş verə biləcək müharibənin 5 ildə qida istehsalını 7 faiz azaldacağı qeyd edilib. Digər tərəfdən, ABŞ-Rusiya müharibəsində hasilatın 3-4 il arasında yüzdə 90 azalacağı bildirilib.
Tədqiqata rəhbərlik edən və xüsusi modelləşdirmə sistemindən istifadə edən Rutgers Universitetinin Ətraf Mühit Elmləri İnstitutunun professoru Alan Robok, "Bu məlumatlar bizə bir şeyi deyir, biz hər hansı bir nüvə müharibəsinin qarşısını mütləq almalıyıq” dedi.
Eminquey
Digər Xəbərlər
06 Oktyabr 2026 22:25
"Sabah əsgərimiz sərhədi keçsə, əvəzində kimi təhvil verəcəyik?"
06 Oktyabr 2026 22:03
Fransada tələbə üsyanı böyüyür
06 Oktyabr 2026 20:46
Rusiyadan AZAL qəzası ilə bağlı yeni açıqlama...
06 Oktyabr 2026 19:00
Rusiyada ayı qəbri qazaraq qadın meyitini aparıb
06 Oktyabr 2026 17:24
İstanbulda məktəbdə dəhşətli hadisə: 5 qız şagird bıçaqlandı - YENİLƏNİB
06 Oktyabr 2026 15:42
Daha bir ölkə “Avroviziya” ilə yollarını ayırdı
06 Oktyabr 2026 15:26
"Bu vəziyyət bizi ciddi şəkildə narahat edir" - Lavrov
06 Oktyabr 2026 12:43


Bakı -°C

