adalet.az header logo
  • Bakı 15°C
  • USD 1.7
18 Yanvar 2022 11:08
921
MƏDƏNİYYƏT

67 yaşlı Hollivud ulduzunun, 3 evliliyi, 7 uşağı...

Bu gün Hollivudun ən məşhur aktyor və rejissorlarından biri olan Kevin Kostnerin 67 yaşı tamam olur.

Adalet.az xəbər verir ki, Kevin Maykl Kostner 1955-ci il yanvarın 18-də Kaliforniya ştatında ortabab bir ailədə doğulub. Anası Şaron Kostner səhiyyə işçisi, atası Vilyam isə çilingər idi. Kevin Kostner yeniyetmə illərində xarici görünüşünə görə çox utanırdı: kök, 1,85 metr boyuna görə belini əyib gəzən, böyük burnunu eynəyin altında gizlətməyə çalışan yöndəmsiz oğlan məktəbdə gülüş hədəfi idi.

Atasının məsləhəti ilə idmana gedir. Məktəbi birtəhər başa vurub biznes kollecinə daxil olanda tarım və qamətli bədəni, geniş çiyinləri və məsum, dumduru mavi gözləri olan Kevini kurs qızları gözaltı edir. Kevin "Aktyorlar cəmiyyətinə" yazılır. Sonra isə Los-Anceles teatr studiyasında çalışır. Hələ də böyük kino şöhrətindən əsər-əlamət yox idi. İndi o, 3 uşaq atası idi. Sindi stüardessa, Kevin isə gah yük maşını sürücüsü, gah da balıqçı işləyirdi. O zaman ki, onun cibində cəmi 20 dollar pul qaldı, müəllimi ona "soft-porno" janrında olan "Sizzle Beach" filminə çəkilməyi təklif etdi.

Uğursuzluq onu o qədər sarsıtdı ki, o çəkiliş meydanına düz 7 il qayıtmadı. "Nəhayət ki, mənə uğur gətirəcək filmə imza atdım" deyən Kostner, əslində "Böyük titrəyiş" filmini nəzərdə tuturdu. Lakin rejissor montajda onun rolunu elə kəsib doğradı ki, ortada bir şey qalmadı. Aktyoru pərt edən rejissor Lourens günahını yumaq üçün Kevini "Silverado" filminə baş rola çəkdi və bununla da geniş kino kütləsi onu tanıdı.Daha sonra "Cangüdən", "Robin Qud", "Con F. Kennedi", "Su dünyası", "Mükəmməl dünya"filimlərindəki baş rolları ilə böyük sevgi və rəğbət qazandı

Böyük triumfu gözləməkdən yorulan Kevin borca girib, ilk rejissor işini ekranlaşdırır. "Canavarlarla rəqs". Vestern janrında çəkilən 3 saatlıq filmdə Kevin hindu qəbiləsinə əsir düşən leytenant Dunbar rolunu oynayır.

Kinotənqidçilər filmin uğursuzluğuna proqnoz verdilər. Amma, film 7 Oskar aldı və milyonlarla dollar gəlir gətirdi, Amerika Kinoakademiyasının "Qızıl şedevrlər" siyahısına yazıldı. Kevin Kostner isə Hollivudun ən yaraşıqlı, ən arzulanan və ən bahalı aktyorları cərgəsinə keçdi. "Cangüdən", filmindən sonra isə Kevin dünyanın ən yaraşıqlı və cazibədar kişi titulunu qazandı.

Qeyd edək ki, aktyorun birinci həyat yoldaşı Sindi ilə 1978-1994-cü illərdə evli olub. Cütlüyün Lil Enni, və Coi adlı 3 uşaqları da var. Amma K.Kostner çoxuşaqlı atadır. Onun Bricit Runidən dünyaya gələn Liam adlı oğlu da var. Kostnerin indiki həyat yoldaşı Kristin Baumqarterdən isə Keyden , Heysu və Qreys adlı üç övladı dünyaya gəlib.

Əntiqə Rəşid

Yazı hazırlanarkən Vikipediya materiallarından istifadə olunub