ABŞ Azərbaycandan xahiş etdi

ABŞ Azərbaycandan Qəzzada yaradılması planlaşdırılan “Sabitlik qüvvələri”nə qoşulmağı xahiş edib.
Adalet.az xəbər verir ki, bu barədə məlumatı öz mənbələrinə istinadən “AnewZ” yayıb.
Bildirilib ki, Azərbaycan bununla bağlı hələ öz yekun qərarını verməyib.
Məlumata əsasən, Azərbaycanın sözügedən məsələ ilə bağlı mövqeyi qətidir. Belə ki, prosesdə iştirak BMT Təhlükəsizlik Şurasının beynəlxalq legitimliyi təsdiq edən və dəqiq mandat təyin edən qətnaməsinə əsaslanmalıdır.
Xatırladaq ki, bundan əvvəl, “Politico” bir neçə ölkənin Qəzzada yaradılması planlaşdırılan beynəlxalq sabitlik qüvvələrinə nümayəndələr göndərmək niyyətində olduğunu yazıb. Sözügedən qüvvələrə qoşulmaq üçün əsas namizəd ölkələrin isə Azərbaycan, İndoneziya və Pakistan olduğu bildirilib.
Digər Xəbərlər
30 Oktyabr 2025 11:30 “Həmin yük də Azərbaycan üzərindən daşınacaq” - Politoloq
29 Oktyabr 2025 20:32 Prezident daha bir qəbul keçirdi - FOTOLAR
29 Oktyabr 2025 20:18 Sahibə Qafarova Kamboca Milli Assambleyası sədrinin müavini ilə görüşdü
29 Oktyabr 2025 20:13 Ölkəmizlə Azərbaycan arasında dünyada bənzəri olmayan bir qardaşlığın şahidiyik - Səfir
29 Oktyabr 2025 19:16 İlham Əliyev Rumıniya Parlamenti Senatının sədrini qəbul etdi - FOTOLAR
29 Oktyabr 2025 18:21 Azərbaycanın Omandakı səfirliyinin açılışı oldu
29 Oktyabr 2025 17:05 QARABAĞDAN AZAN SƏSİNİ KƏSMƏK İSTƏYƏNLƏRİN ARZUSU GÖZLƏRİNDƏ QALDI
29 Oktyabr 2025 12:41 

Bakı -°C 






