30 Oktyabr 2025 18:00
84
DÜNYA

Makron Azərbaycanla sülhə görə Paşinyanı təbrik etdi

Yelisey sarayında Ermənistan Respublikasının baş naziri Nikol Paşinyan və Fransa Respublikasının prezidenti Emmanuel Makron arasında görüş baş tutub.

Adalet.az xəbər verir ki, bu barədə Ermənistan mətbuatı yazıb. 

Həmsöhbətlər Ermənistan-Fransa strateji münasibətlərinin gündəliyində duran bir sıra məsələləri müzakirə ediblər. Xüsusilə, iqtisadiyyat, infrastruktur və digər sahələrdə əməkdaşlıqla bağlı mövzulara toxunulub.

Sonra regional əhəmiyyətli məsələlər müzakirə edilib. Fransa prezidenti Azərbaycanla sülhün bərqərar olması münasibətilə bir daha təbrik edib, Fransanın Ermənistanın ərazi suverenliyinə və sülhün möhkəmlənməsinə qeyd-şərtsiz dəstəyini vurğulayıb.

Söhbət zamanı TRIPP layihəsi və regionda kommunikasiya marşrutlarının açılması istiqamətində atılan addımlar ətrafında fikir mübadiləsi aparılıb. Bu kontekstdə baş nazir görülən işlərin gedişinə toxunub.