30 Oktyabr 2025 17:32
78
GÜNDƏM

Yeraltı dayanacaq 1 həftə bağlı olacaq

8 Noyabr – Zəfər Günü paytaxtda təşkil ediləcək paradla əlaqədar Azadlıq Meydanındakı yeraltı avtodayanacağın fəaliyyəti müvəqqəti dayandırılacaq.

Adalet.az xəbər verir ki, bu barədə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) məlumat yayıb.

Bildirilib ki, noyabrın 3-dən 9-dək Zəfər paradına hazırlıq müddətində və bayram günündə yeraltı dayanacaq fəaliyyət göstərməyəcək.