ABŞ-da "erməni banda"sı həbs edildi:Qətl, oğurluq, dələduzluq...
Xislətləri ilə harda olurlarsa, olsunlar, orada bir pislik, qarmaqarışıq durum, insanları bezdirən, zəhləsini tökən, onların həyatına səhhətinə əzab verməkdən həzz duyan ermənilərin bu dəfə iç üzləri ABŞ-da açılıb.
Adalet.az xəbər verir ki, Ermənistana məxsus Tert.am xəbər verir ki, Los-Ancelesdə 13 nəfər həbs edilib.
ABC 7 telekanalının məlumatına görə, onlar qətldə və böyük miqyaslı dələduzluqda, həmçinin "Amazon" şirkətindən 83 milyon dollar dəyərində onlayn çatdırılma mallarını oğurlamaqda ittiham olunurlar.
Los-Anceles dairə prokuroru Bilal Essailinin ofisinin məlumatına görə, "Amazon" şirkətindən oğurluq əməllərini ermənilərin də daxil olduğu və “rus mafiyası ilə əlaqəsi olan” transmilli cinayət şəbəkəsi törədib.
Təhlükəsizlik qüvvələri xüsusi əməliyyat keçirərək Los-Ancelesin ətrafında yerləşən San Valli məntəqəsindəki binaya basqın ediblər. Saxlanılanlardan təxminən 100 min dollar, üç zirehli maşın və odlu silahlar müsadirə edilib.
Təqsirləndirilən Ara Artuni ilə ətrafı “Amazon”da kuryer kimi çalışıblar və yükləri oğurlayıblar. Bundan əlavə, saxta şirkətlərin adına kredit kartları açaraq pul oğurlayıblar. Sonra quldur dəstəsinin üzvləri arasında çəkişmə başlanıb.
Artuni Robert Amiryanın qətlə yetirilməsini sifariş verməkdə ittiham olunur. O, öz növbəsində, Artuniyə yaxın adamlarının oğurlanması və işgəncələrinin təşkilində ittiham olunur.
Saxlanılan şəxsləri (Artuni və Amiryan, həmçinin Vahan Arutyunyan, Levon Arakelyan və İvan Bohorkes) 10 ildən ömürlük həbsə qədər cəzalar gözləyir.
Əntiqə Rəşid
Digər Xəbərlər
07 Noyabr 2026 23:44
Polşada terror aktı - 6 ölü, 15 yaralı
07 Noyabr 2026 23:35
Türkiyədə mikroavtobus faciəsi - 9 ölü
07 Noyabr 2026 20:00
Dubay əmirindən boşanan Zeynəb 6 aydır övladlarını görə bilmir
07 Noyabr 2026 18:09
Yaponiyada zəlzələ oldu
07 Noyabr 2026 18:08
Zelenski: ABŞ-də Ukraynaya dəstək verənlərin sayı artır
07 Noyabr 2026 18:04
Türklər hücum etsələr, güclənməyə vaxtımız olmayacaq - Simonyan
07 Noyabr 2026 09:00
Hakan Fidan Kipr məsələsindən danışdı - “Ən real həll yolu...”
06 Noyabr 2026 17:14


Bakı -°C

