ABŞ-ın xarici siyasəti müharibəyə aparır -  Rüstəm Hacıyev yazır

RÜSTƏM HACIYEV
316 | 2024-08-02 11:28

Fox News-in analitiki Endryu Napolitanoya müsahibə verən ABŞ silahlı qüvvələrinin ehtiyatda olan polkovniki Duqlas Makqreqor bəyan edib ki, ABŞ-ın İsrail rejimini müdafə edən xarici siyasəti çox təhlükəlidir, bu siyasət hazırda müharibəyə aparır.

 "Atəşin dayandırılmasına yönələn vasitəçiliyi necə uğurlu addım saymaq olar ki, sən qarşı tərəfin bir nömrəli danışıq aparan liderini öldürürsən? Cavab çox sadədir, bunu uğur saymaq olmaz. Mən hesab edirəm ki, bu təsadüfü deyil, ona görə ki, Netanyahu və onun hökumətinin sülh danışıqlarına başlanmasında marağı olması ilə bağlı heç bir sübut yoxdur"- deyə Makqreqor bildirib.

 Keçmiş polkovnikin sözlərinə görə, İsrail ABŞ-ın yaxından dəstəyi ilə öz strateji üstünlüyündən istifadə etməkdə maraqlıdır.

 "Bunları etmək çox təhlükəlidir. Hazırda görünən odur ki, bu təxribatların törədilməsi, Netanyahu və onun tərəfdarlarını müharibə təhdidini artırmağa yönəlib"- deyə Mskqreqor müsahibədində qeyd edib.

Eks-polkovniin fikirincə, İsrailin müdafiə ordusu TSAXAL qəti zərbələr yerinə yetirməklə quru qoşunlarının Cənubi Livanda hərəkətini asanlaşdırmaq istəyir. 

  Makqreqor düşünür ki, "Netanyahu hökuməti hətta taktiki nüvə silahından da istifadə edə bilər.  Baş nazir  Netanyahunun Vaşinqtona gəlməsinin əsas səbəbi, "Hizbullah" hərəkatı və İranla müharibəyə başlayarcağı halda, ABŞ-dan dəstək almaq idi.

 Keçmiş polkovnik müsahibəsində bəyan edib ki, siyasi qətllər istənilən effekti vermir, əksinə müxalifətin bizə qarşı mövqeyini möhkəmləndirir. 

 

  • Avqust:
  • 2

TƏQVİM / ARXİV