adalet.az header logo
  • Bakı -°C
02 Sentyabr 2026 09:52
56
DÜNYA
A- A+

ABŞ İranda SEPAH hədəflərinə yeni zərbələr endirdi

ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) İran ərazisində İslam İnqilabı Keşikçiləri Korpusuna (SEPAH) aid bir sıra hədəflərə qarşı yeni zərbə əməliyyatının həyata keçirildiyini açıqlayıb.

Adalet.az xəbər verir ki, bu barədə CENTCOM "X"da məlumat yayıb. 

Qeyd olunur ki, əməliyyat SEPAH-ın Hörmüz boğazında ticarət gəmilərinə və ABŞ hərbi personalına qarşı fəaliyyəti ilə əlaqədar həyata keçirilib.

Bildirilib ki, zərbələr zamanı SEPAH-ın hava hücumundan müdafiə vasitələri, radar sistemləri, dəniz infrastrukturu, minalar və rabitə mərkəzləri hədəfə alınıb.

İran mediası isə ölkənin cənubundakı bir sıra bölgələrdə raket zərbələri və partlayışlar barədə məlumat yayıb.