ABŞ kəşfiyyatı: “HƏMAS” 15 minə qədər adamını öz sıralarına cəlb edib

Fələstinin “HƏMAS” hərəkatı İsraillə müharibə başlayandan bəri 10-15 min insanı öz sıralarına cəlb edib.
Adalet.az xəbər verir ki, bu barədə “Reuters” ABŞ Konqresindəki hərbi kəşfiyyat məlumatları ilə tanış olan mənbələrə istinadən məqalə dərc edib.
Agentlik yazıb ki, bu, təşkilatın hələ də İsrail üçün təhlükə yarada biləcəyini göstərə bilər.
Bundan əvvəl ABŞ bəyan edib ki, münaqişənin aktiv mərhələsi başlayandan təxminən eyni sayda “HƏMAS” döyüşçüsü öldürülüb.
“İsrail hər dəfə hərbi əməliyyatlarını dayandırıb geri çəkiləndə, HƏMAS yaraqlıları yenidən toplaşır və peyda olurlar”, - deyə keçmiş dövlət katibi Entoni Blinken bildirib.
Eyni zamanda, nəşr qeyd edib ki, “HƏMAS”ın öz sıralarına cəlb etdiyi şəxslərin çoxu gənc və təcrübəsiz, döyüşə hazır olmayan və əsasən sadə təhlükəsizlik işləri ilə məşğul olan insanlardır.
Digər Xəbərlər

Ukraynaya 900-dən çox hərbçinin meyiti qaytarıldı

İrəvan rus kanallarının yayımının məhdudlaşdırmaq istəyir

Paşinyan yenə Putini "vurdu":"Təcavüzçü"

"Nüvə proqramı ilə bağlı razılığa gəlmək mümkündür" - İran XİN rəhbəri

"Rusiya-İran münasibətləri bütün dünyaya bir siqnaldır" - Əraqçi

Putin Xameniyə məktub göndərib

Zelenskiyə "faiz" iradı tutan Trampın düşən reytinqi: Ən çox qadınlar...
