ABŞ kəşfiyyatı: Növbəti beş ildə yeni nüvə dövlətləri yarana bilər

“Amerika Birləşmiş Ştatları yaxın beş il ərzində nüvə silahlarının yayılmasını və yeni nüvə dövlətlərinin yaranmasını gözləyir”.
Adalet.az xəbər verir ki, bunu ABŞ Müdafiə Kəşfiyyat İdarəsinin (DİA) direktoru general-leytenant Ceffri Kruz ABŞ Senatının Xüsusi Kəşfiyyat Komitəsinin dinləmələrində deyib.
Onun sözlərinə görə, Amerika kəşfiyyatı nüvə silahının yayılmasını, eləcə də onların təkamülünü fəal şəkildə izləyir:
“Biz başa düşməliyik ki, planetdə kimin nüvə silahı var, onlar hansı növ və dərəcələrdə ölümcül olurlar. Son beş ildə vəziyyət kəskin şəkildə dəyişib və növbəti beş ildə də dəyişikliklər davam edəcək”.
O, həmçinin qeyd edib ki, öz çəkindirmə strategiyasına malik yeni nüvə ölkələrinin yaranması dünyada vəziyyəti çətinləşdirəcək və Vaşinqtonun siyasi qərarlarına, o cümlədən silahlı münaqişələr sahəsindəki qərarlarına təsir edəcək.
Bundan əlavə, dinləmələrdə SSRİ-nin dağılmasından sonra Rusiyaya verilmiş Ukraynanın nüvə arsenalı ilə bağlı məsələ də müzakirə olunub.
Digər Xəbərlər

Pablo Eskobarın ortağı Kolumbiyaya qayıdarkən saxlanılıb

Myanmada zəlzələ qurbanlarının sayı 1000-i ötüb - YENİLƏNİB

İsrail əsgərləri Qəzzada döyüşlərə qayıtmaq istəmir

Ən yaxşı məsləhətçim həyat yoldaşımdır- Zelenski

Vens: Qara dənizdə atəşkəs sazişi demək olar ki, hazırdır

Britaniyada zibil qutusunda məxfi hərbi sənədlər tapıldı

Tramp Administrasiyası Ukrayna iqtisadiyyatına tam nəzarət etmək istəyir
