ABŞ vətəndaşlarını İranı Azərbaycan vasitəsilə tərk etməyə çağırıb
ABŞ bir daha vətəndaşlarını İranı Azərbaycan vasitəsilə tərk etməyə çağırıb.
Adalet.az xəbər verir ki, bu barədə ABŞ-ın İrandakı virtual səfirliyinin saytında məlumat dərc edilib.
Səfirlik hava məkanının bağlanması və təhlükəsizlik risklərini əsas gətirərək amerikalıları İranı dərhal tərk etməyə çağırıb. Xəbərdarlıqda Ermənistan və Türkiyə ilə quru sərhədlərinin açıq olduğu, Azərbaycan və Türkmənistana keçid üçün əvvəlcədən razılığa ehtiyac olduğu bildirilib.
O da qeyd olunub ki, bunun üçün onlara xüsusi icazələr veriləcək: “Bu məqsədlə Azərbaycan Hökumətinin rəsmi təsdiqi tələb olunur. Bu təsdiq sərhəd-buraxılış məntəqəsinə gedərkən hər kəsin üzərində olmalıdır. İran ərazisində müxtəlif səbəblərdən olan ABŞ vətəndaşları icazə sənədini almaq üçün ABŞ-ın Azərbaycandakı səfirliyinə ad, soyadı, doğum tarixi və pasport məlumatlarını elektron qaydada göndərərək müraciət etməlidir”.
Qeyd edək ki, ABŞ bundan əvvəl də belə bir çağırış edib.
Digər Xəbərlər
25 Iyul 2026 14:10
Prezidentdən Milix İlxananoviç ilə bağlı SƏRƏNCAM
25 Iyul 2026 10:42
“Kinayə ilə ordumuza, dövlətimizə və onun gücünə rişxənd edənlər bilsinlər ki...”
25 Iyul 2026 10:21
“Ona görə də ABŞ İranda rejimə böyük zərbə vuracaq”
25 Iyul 2026 10:10
“Ər-Riyad əmindir ki, bölgədəki əsas rəqibi İran gec və ya tez...”
24 Iyul 2026 17:23
MM ABŞ Konqresinin açıqlaması ilə bağlı məlumat yaydı
24 Iyul 2026 16:28
Prezidentdən Rəşad Aslanovla bağlı SƏRƏNCAM
24 Iyul 2026 16:01
Dünya böyük müharibəyə doğru gedir... - Səxavət Məmməd yazır
24 Iyul 2026 12:03


Bakı -°C

