14 Iyul 2025 12:34
94
ELM VƏ TƏHSİL

ADA Universitetində dövlət sifarişli plan yerləri açılacaq - RƏSMİ

ADA Universitetində dövlət sifarişli plan yerlərinin açılması nəzərdə tutulur.

Adalet.az xəbər verir ki, bunu Dövlət İmtahan Mərkəzinin İdarə Heyətinin sədri Məleykə Abbaszadə 2024/2025-ci tədris ili üçün ali təhsil müəssisələrinin bakalavriat səviyyəsinə tələbə qəbulu imtahanlarının nəticələrinin elmi-statistik təhlili ilə bağlı keçirilən tədbirdə deyib.

“Növbəti illərdə bununla bağlı işlər aparılacaq. Tələbələr ADA Universitetində ödənişsiz təhsil ala biləcəklər”, - deyə DİM sədri bildirib.