14 Iyul 2025 11:48
102
ELM VƏ TƏHSİL

"İmtahanlara özümün belə müdaxilə etməyim mümkün deyil" - Məleykə Abbaszadə

"DİM-in apardığı işlər çox ciddi şəkildə həyata keçirilir. Bu fəaliyyətin təməli 1994-cü ildən qoyulub".

Adalet.az xəbər verir ki, bunu Dövlət İmtahan Mərkəzinin İdarə Heyətinin sədri Məleykə Abbaszadə 2024/2025-ci tədris ili üçün ali təhsil müəssisələrinin bakalavriat səviyyəsinə tələbə qəbulu imtahanlarının nəticələrinin elmi-statistik təhlili ilə bağlı tədbirdə çıxışı zamanı deyib.

Onun sözlərinə görə, aparılan işlərin nəticələri heç bir şəxsin iradəsindən asılı deyil. DİM sədri qeyd edib ki, bu prosesdə insan faktoru tamamilə aradan qaldırılıb.

"Proseslərə mənim özümün belə müdaxilə etməyim mümkün deyil", - deyə Məleykə Abbaszadə vurğulayıb.