Adam öldürdükdən sonra Polşaya qaçan şəxs Azərbaycana gətirildi

"Ekstradisiya haqqında" 13 dekabr 1957-ci il tarixli Avropa Konvensiyasının tələblərinə uyğun olaraq Gürcüstan vətəndaşı Ağacanov Ülpət Fizuli oğlunun ekstradisiyası haqqında Baş Prokurorluğun vəsatəti Polşa Respublikasının Lodz rayon məhkəməsi tərəfindən təmin edilib.
Baş Prokurorluqdan Adalet.az-a bildirilib ki, Ülpət Ağacanovun qabaqcadan əlbir olan bir qrup şəxs halında qəsdən adam öldürmə cinayət əməlini törətməsinə əsaslı şübhələr müəyyən edildiyindən, barəsində təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında qərar qəbul edilməklə istintaqdan qaçıb gizləndiyinə görə beynəlxalq axtarışa verilib. Şəxs 2024-cü ilin oktyabr ayında Polşanın Kutno şəhərində müəyyən edilərək həbsə alınıb.
03 aprel 2025-ci il tarixdə Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin xüsusi konvoyunun müşayiəti ilə Ü.Ağacanov Polşa Respublikasından ölkəmizə gətirilib.
Digər Xəbərlər

Narkotik vasitənin təsiri altında olan taksi sürücüsü həbs edildi

"Mall"da qadınların telefonlarını oğurlayan şəxslər saxlanıldı

Abşeronda əməliyyat keçirilib - Saxlanılanlar var

Azərbaycanlı milyonçunun bazarına basqın - VİDEO

İsmayıllıda kişi meyiti tapıldı

Bağanıs Ayrımda yandırılan 39 günlük körpə ilə bağlı videomateriallar göstərildi - Məhkəmə - FOTOLAR

Bank kartları ilə bağlı növbəti XƏBƏRDARLIQ
