ADY Bakı–Tbilisi–Bakı marşrutu üzrə bilet satış müddətini artırır
"Azərbaycan Dəmir Yolları" QSC (ADY) Bakı–Tbilisi–Bakı beynəlxalq marşrutu üzrə sərnişin məmnuniyyətinin daha da artırılması, yüksək tələbatın daha səmərəli qarşılanması və səfərlərin əvvəlcədən planlaşdırılması imkanlarının genişləndirilməsi məqsədilə bilet satış müddətini artırır.
ADY-dən Adalet.az-a verilən məlumata görə, yeni tətbiq olunan mexanizmə əsasən, satış müddəti birdəfəlik deyil, mərhələli şəkildə artırılır. Hazırda sərnişinlər üçün 30 deyil, 44 günlük bilet satışı açıqdır. Satış pəncərəsi növbəti günlərdə mərhələli şəkildə genişləndirilərək 90 günə çatdırılacaq.
Bu yenilik sərnişinlərə səfərlərini daha erkən planlaşdırmağa, xüsusilə turizm, işgüzar səfərlər və ailə ziyarətləri ilə bağlı hazırlıqlarını daha rahat həyata keçirməyə imkan verəcək. Eyni zamanda, satış müddətinin uzadılması ADY-yə sərnişin tələbatını daha dəqiq proqnozlaşdırmağa, zərurət yarandıqda əlavə vaqonların qoşulması və digər əməliyyat qərarlarının vaxtında qəbul edilməsinə şərait yaradacaq.
ADY Bakı–Tbilisi–Bakı marşrutu üzrə əlavə reysin təşkili ilə bağlı işləri davam etdirir. Əlavə reysin istifadəyə verilməsi üçün Gürcüstan tərəfinin hazırlıqları başa çatdırması ilə əlaqədar zəruri texniki və əməliyyat işləri aparılır.
Digər Xəbərlər
14 Avqust 2026 17:49
Çağırışçıların yekun tibbi müayinəsi ilə bağlı nazirlikdən AÇIQLAMA
14 Avqust 2026 17:18
Sabah güclü külək əsəcək - Sarı xəbərdarlıq
14 Avqust 2026 16:50
Hərbi xidmətə çağırılanlarla bağlı vacib açıqlama
14 Avqust 2026 16:34
Sumqayıt sakinlərinə şad xəbər - Xırdalan qatarı yenidən işləyəcək
14 Avqust 2026 15:01
“WhatsApp” vasitəsilə şübhəli mesajlar göndərilir - DİN-dən xəbərdarlıq
14 Avqust 2026 13:05
Naxçıvanda külli miqdarda saxta alkoqollu içkilər aşkarlanıb
14 Avqust 2026 12:57
Müharibədən sonra mina partlayışlarında 73 nəfər həlak olub
14 Avqust 2026 10:42


Bakı -°C

