adalet.az header logo
  • Bakı -°C
06 Avqust 2026 10:30
62
HADİSƏ
A- A+

Naxçıvanda bir ayda 50 yanğın hadisəsi baş verib

Naxçıvan Muxtar Respublikasında ötən ay 50 yanğın hadisəsi qeydə alınıb.

Naxçıvan MR Fövqəladə Hallar Nazirliyinin yaydığı məlumata görə, iyul ayı ərzində baş verən yanğınların ən çoxu Şərur və Kəngərli rayonlarında qeydə alınıb.

Belə ki, Şərur və Kəngərlinin hər birində 11, Naxçıvan şəhərində 7, Şahbuzda 6, Sədərəkdə 5, Babək və Ordubadın hər birində 4, Culfa rayonunda isə 2 yanğın hadisəsi baş verib.

Statistikaya əsasən, iyul ayında ən çox yanğın Şərur və Kəngərli rayonlarında, ən az isə Culfa rayonunda qeydə alınıb.