AFFA 7 kluba avrokuboklarda iştirak üçün lisenziya verdi

Azərbaycan Premyer Liqasında çıxış edən 7 kluba avrokuboklarda iştirak üçün lisenziya verilib.
Adalet.az xəbər verir ki, bu barədə AFFA-nın Lisenziya Komissiyasının iclasında qərar qəbul olunub.
Misli Premyer Liqası təmsilçilərindən “Araz-Naxçıvan”, “Qarabağ”, “Neftçi”, “Sabah”, “Sumqayıt”, “Turan Tovuz” və “Zirə” cari mövsüm avrokuboklarda iştirak etmək hüququ qazanıb.
AFFA həmçinin “Neftçi” və “Sumqayıt”ın qadınlardan ibarət komandalarına da avrokuboklarda iştirak üçün lisenziya verib.
Digər Xəbərlər

“Atletik” taktiki baxımdan güclüdür” - Qurban Qurbanov

2025-ci ilin ən çox gəlir əldə edən futbolçusu oldu

Azərbaycan boksçuları Avropa çempionatında iştirak edəcək
